12px13px15px17px
Tarix:06/09/11

Azərbaycanda “Facebook”dan ən çox yeniyetmələr istifadə edir

“Facebakers” tərəfindən təqdim olunan məlumata görə, sentyabrın 2-də Azərbaycanda populyar ictimai şəbəkədən istifadə edənlərin sayı 472 220 nəfər təşkil edib. Son üç ay ərzində isə ölkədə “Facebook”dan istifadə edənlərin sayı 81 560 nəfər və ya 20,88% artıb.

“Facebook” istifadəçilərinin sayı üzrə Azərbaycan 93-cü yer tutur və Estoniya (95-ci yer), Belarus (101-ci yer), Qazaxıstan (105), Latviya (106), Moldova (116), Ermənistan (117), Özbəkistan (142), Qırgızıstan (160), Tacikistan (181) və Türkmənistan (188) kimi ölkələri qabaqlayır.

Rusiya isə reytinqdə 31-ci yerdə 42 76 060 istifadəçi ilə qərarlaşıb. Reytinqdə ilk yerləri ABŞ (15 4573 340 nəfər), İndoneziya (40 139 480), Hindistan (34 609 480), Türkiyə (30 280 580) və Böyük Britaniya (30 040 200) kimi ölkələr tuturlar.

Azərbaycanda ölkə üzrə internet istifadəçilərinin ümumi sayından 5,69% -i bu sosial şəbəkədən istifadə edir (5,47% - 16 avqust üçün, 4,96% - 1 iyul üçün, 4,7% - 2 iyun , 4,28% - 11 aprel və 3,91% - 4 mart) və 12,8% (12,31%, 11,16%, 10,59%, 9,64% və 8,81% müvafiq olaraq). Azərbaycanda “Facebook” istifadəçilərinin 8% -i 13-15 yaş, 12% - 16-17 yaş , 46% - 18-24 yaş, 24% - 25-34 yaş, 6% - 35-dən 44-dək, 2% - 45-54-dək, 1% - 55-dən 64-dək və 65-dən yuxarı yaş kateqoriyalarına aiddir.

“Facebook” pərəstişkarlarının böyük əksəriyyəti kişilərdir (63%). Qeyd etmək lazımdır ki, hal-hazırda “Facebook” istifadəçilərinin ümumi sayı 743 785 100 nəfər təşkil edir.



Baxış sayı: 1948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024