Tarix:11/02/15
Daxili İşlər Nazirliyinin "Rüsum və cərimələrin ödənişi" elektron xidmətinin "Elektron hökumət" portalı üzərindən göstərilməsinə başlanılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər.
Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Xidmətdən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür.
Qeyd edək ki, hazırda "Elektron hökumət" portalında Daxili İşlər Nazirliyinin "Rüsum və cərimələrin ödənişi" xidməti ilə yanaşı, "FİN-ə görə fərdi məlumatların axtarışı" və "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" e-xidmətləri göstərilir. Yanvar ayının elektron xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.
CAHANGİR
DİN-in təyin etdiyi rüsum və cərimələr onlayn ödəniləcək

Baxış sayı: 1042
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı