12px13px15px17px
Tarix:11/02/15

“Samsung” OLEd displeylərin istehsalına 3,6 milyard dollar sərmayə yatırır

Cənubi Koreyanın “Samsung Display” şirkəti orqanik işıqsaçan diod (OLED) panellərin istehsalına 3,6 milyard dollar həcmində sərmayə yatırmaq niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihənin məqsədi smartfon satışından gələn gəlirlərin azalması fonunda komponentlərin satışlarının artırılmasıdır.
 
“Samsung Display”in nümayəndəsinin sözlərinə əsasən, sərmayələrin 2015-2017-ci illər ərzində bu sahəyə yatırılmasi nəzərdə tutulub. Layihə çərçivəsində  yeni istehsal xəttinin açılması nəzərdə tutulub və burada smartfon kimi elektron qurğu istifadəçiləri üçün orta və kiçik OLED displeylər yaradılacaq.
 
Aynur Vəliyeva
 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024