Tarix:12/02/15
Belə ki, “IBM” şirkətinin tədqiqatına görə, tanışlıq üçün təhlil edilən “Android” mobil əməliyyat sistemli 41 proqramın 26-sında cinayətkarlar tərəfindən izləmə və fərdi məlumatların oğurlanması məqsədilə istifadə edilə biləcək boşluqlar aşkarlanıb. Ekspertlər söhbətin hansı əlavələrdən getməsini dəqiqləşdirməsələr də, qeyd ediblər ki, artıq istehsalçılar aşkar olunmuş problemlər barədə məlumatlandırılıb.
“IBM” mütəxəssisləri müəyyən ediblər ki, tanışlıq üçün boşluğa həssas proqramlar tədqiq edilən şirkət əməkdaşlarına məxsus qurğuların 50 faizində quraşdırılıb. “BYOD” (bring your own device) konsepsiyası çərçivəsində əməkdaşlar həm iş, həm əyləncə üçün eyni smartfon və planşetdən istifadə etməklə fərdi və korporativ məlumatların təhlükəsizliyi üçün təhdidlər yaradırlar.
Ekspertlərin sözlərinə görə, “BYOD”-un başlıca problemi ondan ibarətdir ki, konsepsiya lazımi səviyyədə idarə olunmasa, əməkdaşların şəxsi qurğuları vasitəsilə korporativ məlumatların sızması baş verə bilər.
Tanışlıq üçün əlavədə cinayətkar özünü görüş məqsədilə potensial obyekt kimi qələmə verə və istifadəçiyə saxta fişinq məktubları göndərə bilər. Bundan başqa, boşluqlardan istifadə hakerlərə qurğunun kamerası və mikrofonu üzərində nəzarəti tam ələ keçirməyə və istifadəçini izləməyə imkan verir, - "SecurityLab” yazır.
“IBM”: “Tanışlıq üçün əlavələr korporativ məlumatları riskə məruz qoyur”
İş smartfonlarında tanışlıq üçün əlavələrdən istifadə edən milyonlarla insan özünü və həmkarlarını riskə məruz qoyur.Belə ki, “IBM” şirkətinin tədqiqatına görə, tanışlıq üçün təhlil edilən “Android” mobil əməliyyat sistemli 41 proqramın 26-sında cinayətkarlar tərəfindən izləmə və fərdi məlumatların oğurlanması məqsədilə istifadə edilə biləcək boşluqlar aşkarlanıb. Ekspertlər söhbətin hansı əlavələrdən getməsini dəqiqləşdirməsələr də, qeyd ediblər ki, artıq istehsalçılar aşkar olunmuş problemlər barədə məlumatlandırılıb.
“IBM” mütəxəssisləri müəyyən ediblər ki, tanışlıq üçün boşluğa həssas proqramlar tədqiq edilən şirkət əməkdaşlarına məxsus qurğuların 50 faizində quraşdırılıb. “BYOD” (bring your own device) konsepsiyası çərçivəsində əməkdaşlar həm iş, həm əyləncə üçün eyni smartfon və planşetdən istifadə etməklə fərdi və korporativ məlumatların təhlükəsizliyi üçün təhdidlər yaradırlar.
Ekspertlərin sözlərinə görə, “BYOD”-un başlıca problemi ondan ibarətdir ki, konsepsiya lazımi səviyyədə idarə olunmasa, əməkdaşların şəxsi qurğuları vasitəsilə korporativ məlumatların sızması baş verə bilər.
Tanışlıq üçün əlavədə cinayətkar özünü görüş məqsədilə potensial obyekt kimi qələmə verə və istifadəçiyə saxta fişinq məktubları göndərə bilər. Bundan başqa, boşluqlardan istifadə hakerlərə qurğunun kamerası və mikrofonu üzərində nəzarəti tam ələ keçirməyə və istifadəçini izləməyə imkan verir, - "SecurityLab” yazır.
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır