Tarix:13/02/15
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Britaniyanın internet nəhənginə cavabı “Lutz Pathfinder” adlanır, bu avtomobilləri Koventridə yerləşdirilmiş “KV Griup” şirkəti hazırlayıb və istehsal edəcək. Artıq cari ildə “Autodrive” layihəsi çərçivəsində 40 sürücüsüz avtomobil Milton-Kins şəhərinin piyada zonalarında öz işinə başlayacaq.
Təxmin edilir ki, “Lutz Pathfinder” yerli ticarət mərkəzinin ziyarətçilərini, əlilləri daşıyacaq və ya sakinləri dəmiryolu vağzalına qədər gətirəcək. Smartfona quraşdırılmış tətbiqin köməyi ilə belə avtomobili çağırmaq mümkün olacaq.
Avtomobildə iki sərnişin əyləşə bilər, bu halda yük üçün yer qalır və maşın kompüter tərəfindən idarə olunur. Panorama kameraları, radar və lazer məsafəölçənləri daxil olmaqla 22 ötürücü naviqasiya üçün cavabdehdir. “Lutz Pathfinder” elektrik avtomobili avtonom təxminən 65 kilometr və ya 8 saat hərəkət edə bilər. Elektrik avtomobili saatda 24 km sürətlə hərəkət edə bilər.
Emil Hüseynov
Britaniyada ictimai nəqliyyatda sürücüsüz avtomobillərdən istifadə ediləcək
Böyük Britaniya avtomatik nəqliyyat sahəsində “Google”dan geri qalmağı düşünmür. Bu günlərdə Qrinviçdə yeni ictimai nəqliyyat növü (piyada zonaları üçün pilotsuz elektrik avtomobilləri) layihəsi təqdim edilib."ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Britaniyanın internet nəhənginə cavabı “Lutz Pathfinder” adlanır, bu avtomobilləri Koventridə yerləşdirilmiş “KV Griup” şirkəti hazırlayıb və istehsal edəcək. Artıq cari ildə “Autodrive” layihəsi çərçivəsində 40 sürücüsüz avtomobil Milton-Kins şəhərinin piyada zonalarında öz işinə başlayacaq.
Təxmin edilir ki, “Lutz Pathfinder” yerli ticarət mərkəzinin ziyarətçilərini, əlilləri daşıyacaq və ya sakinləri dəmiryolu vağzalına qədər gətirəcək. Smartfona quraşdırılmış tətbiqin köməyi ilə belə avtomobili çağırmaq mümkün olacaq.
Avtomobildə iki sərnişin əyləşə bilər, bu halda yük üçün yer qalır və maşın kompüter tərəfindən idarə olunur. Panorama kameraları, radar və lazer məsafəölçənləri daxil olmaqla 22 ötürücü naviqasiya üçün cavabdehdir. “Lutz Pathfinder” elektrik avtomobili avtonom təxminən 65 kilometr və ya 8 saat hərəkət edə bilər. Elektrik avtomobili saatda 24 km sürətlə hərəkət edə bilər.
Emil Hüseynov
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır