12px13px15px17px
Tarix:13/02/15

Sinqapurda “ICANN” təşkilatının 52-ci görüşü keçirilib

Sinqapurda "Internet Corporation for Assigned Names and Numbers" (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının 52-ci görüşünün rəsmi açılışı olub.

Tədbirin işində 100 ölkədən 1200-dən çox nümayəndə iştirak edəcək.
 
Konfransı giriş nitqi ilə açan "ICANN" İdarə Heyətinin sədri Stiv Kroker internet cəmiyyətinin diqqəti yönəltməsinin vacib olduğu dörd əsas məqamı qeyd edib. Bunlar "Əşyaların interneti" texnologiyalarının inkişafı və artıq tezliklə qlobal internet şəbəkəsinə qoşulacaq milyonlarla mobil qurğular üçün unikal identifikatorların tətbiqinə yaranan zərurət, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi problemləri, domen məkanına nəzarət funksiyasının ABŞ hökumətindən dünya internet cəmiyyətinə verilməsi və "ICANN" korporasiyasının fəaliyyətinin effektivliyinin və şəffaflığının artırılması ilə bağlı məsələləridir.
 
Görüş iştirakçılarını Sinqapurun rabitə və informasiya naziri Yaakob Bin İbrahim salamlayıb. O, Asiya-Sakit okean regionunun qlobal internetin inkişafında vacib rolunu vurğulayaraq ölkəsinin "ICANN" ilə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib. Nazir həmçinin bütün maraqlı tərəflərin internet idarəçiliyində bərabər iştirakının prinsiplərinə sadiq olduğunu bildirib.
 
Sonra ABŞ-ın keçmiş prezidenti Bill Klintonun baş məsləhətçisi Ayra Meqazayner söz alıb. O, görüş iştirakçılarına 20 il əvvəl qlobal şəbəkənin idarəetmə prinsipləri və korporasiyanın yaradılması ilə bağlı qərarların necə qəbul olunmasını xatırladıb. A.Meqazayner bildirib ki, hələ o vaxt görünürdü ki, internet həmişə ABŞ hökumətinin nəzarəti altında qala və mövcud beynəlxalq strukturların heç biri tərəfindən eyni səviyyədə idarə oluna bilməz. Buna görə də optimal qərar şəbəkənin qlobal internet cəmiyyəti tərəfindən hazırlanan və praktikada tətbiq edilən bərabərhüquqlu prinsiplər əsasında idarə edilməsidir.
 
İclasa "ICANN" prezidenti Fadi Şehade yekun vuraraq korporasiyanın işinin son nəticələri haqqında məlumat verib, təşkilatın tutduğu kursun düzgünlüyünə əminliyini ifadə edib və iştirakçılara bütün internet cəmiyyətinin rifahı naminə maraqlı və faydalı iş arzulayıb, - "IT Expert" yazır. 



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024