12px13px15px17px
Tarix:13/02/15

Bakıda “3D” çap texnologiyalarına həsr olunmuş konfrans keçirilib

Bakıda “3D” çap texnologiyalarına həsr olunmuş "3D Print Confrence Baku" keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən Bakı Banklar Arası Fond Birjasının rəhbəri Fərhad Əmirbəyov bildirib ki, son illər additiv texnologiyalar (AF – Additive Manufacturing)  bazarında  hər il 60% artım nümayiş edilir.
 
“3D texnologiyaları sənaye sahələrində artıq uğurla istifadə edilir. Bu texnologiyalar vasitəsi ilə “fablab”lar yaradaraq, hava limanlarında, müəssisələrdə və s. iri anbarların saxlanmasından imtina etmək olar. Çünki artıq istehsalı tələbata uyğun şəkildə yerində təşkil etmək olar və xaricdən ehtiyat hissələrinin və s. məhsulların sifarişinə və idxalına ehtiyac yoxdur. Qeyd etdiyim “fablab”lar texnoparklarda uğurla istifadə edilə bilər. “3D” texnologiyaları ixrac potensialına malik olan müəllif  işlərinin yaranmasına şərait yarada bilər”, - deyə o qeyd edib.
 
Öz növbəsində konfransın əlaqələndiricisi “SmileExpo” şirkətinin nümayəndəsi Anna Vavilova qeyd edib ki, Bakıda daha böyük analoji konfransın təşkili nəzərdə tutulub. 

“MDB ölkələri arasında təşkil olunan bu konfransda müxtəlif ölkələrdən 20-dən çox təşkilat öz “3D” printerləri və işlərindən nümunələrini təqdim etmək üçün dəvət olunub”, - deyə o bildirib.

Azərbaycandan bu tədbirdə “İnter-Technics”, “3D Project”, “Naz Group” və s. şirkətlər  öz printerlərini təqdim ediblər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024