Tarix:13/02/15
Əsasən informasiya texnologiyaları üzrə layihələri dəstəkləyib onları real biznes layihələrinə çevirməyi hədəfləyən mərkəzin fəaliyyətinə bir çox istiqamətlər daxildir.
Burada perspektivli texnologiyaların öyrənilməsi və tətbiqi; informasiya və telekommunikasiya sahəsində yeni ideyaların həyata keçirilməsi; iqtisadi cəhətdən səmərəli olan yeni layihələrin tətbiqi; mövcud telekommunikasiya şəbəkəsindəki texnologiyaların modernləşdirilməsi; gənc mütəxəssislərin ixtisasının artırılması və yeni mütəxəssislərin hazırlanması; "Cisco" avadanlıqlarının öyrənilməsi üçün test-sınaq laboratoriyasının "Aztelekom" İB-də yaradılması və kursların təşkili; digər operatorlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək kimi məsələlər yer alıb.
Hesab edilir ki, marketinq və reklam, beynəlxalq əlaqələr, proqramlaşdırma və digər sektorları özündə birləşdirən mərkəzin təşkili informasiya texnologiyaları sahəsində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. "Aztelekom"İB-də kifayət qədər istedadlı gənclərin olması bu mərkəzin işinə daha da böyük təkan verəcək. "Gənc Mühəndislərin Yaradıcılıq Mərkəzi" hər bir istedadlı gənci üzvlüyə dəvət edir.
Həqiqət İSABALAYEVA
“Gənc Mühəndislərin Yaradıcılıq Mərkəzi” yaradıldı
"Aztelekom" İstehsalat Birliyində gənc mühəndislərə dəstək olmaq məqsədi ilə "Gənc Mühəndislərin Yaradıcılıq Mərkəzi" yaradılıb. "Aztelekom" İB-nin rəhbərliyi tərəfindən gənclərə olan diqqət və qayğının nəticəsi olan mərkəzin əsas məqsədi gənc mühəndisləri bir araya toplayaraq ideyalarının inkişaf etdirilməsinə münbit şərait yaradılmasından ibarətdir.Əsasən informasiya texnologiyaları üzrə layihələri dəstəkləyib onları real biznes layihələrinə çevirməyi hədəfləyən mərkəzin fəaliyyətinə bir çox istiqamətlər daxildir.
Burada perspektivli texnologiyaların öyrənilməsi və tətbiqi; informasiya və telekommunikasiya sahəsində yeni ideyaların həyata keçirilməsi; iqtisadi cəhətdən səmərəli olan yeni layihələrin tətbiqi; mövcud telekommunikasiya şəbəkəsindəki texnologiyaların modernləşdirilməsi; gənc mütəxəssislərin ixtisasının artırılması və yeni mütəxəssislərin hazırlanması; "Cisco" avadanlıqlarının öyrənilməsi üçün test-sınaq laboratoriyasının "Aztelekom" İB-də yaradılması və kursların təşkili; digər operatorlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək kimi məsələlər yer alıb.
Hesab edilir ki, marketinq və reklam, beynəlxalq əlaqələr, proqramlaşdırma və digər sektorları özündə birləşdirən mərkəzin təşkili informasiya texnologiyaları sahəsində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. "Aztelekom"İB-də kifayət qədər istedadlı gənclərin olması bu mərkəzin işinə daha da böyük təkan verəcək. "Gənc Mühəndislərin Yaradıcılıq Mərkəzi" hər bir istedadlı gənci üzvlüyə dəvət edir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 927
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı