12px13px15px17px
Tarix:14/02/15

Amsterdam aeroportunda “Google Glass” eynəyindən istifadə edilir

Niderlandın paytaxtı Amsterdam şəhərinin “Schiphol” aeroportunun əməkdaşları "Google Glass” əlavə reallıq eynəyindən istifadə edirlər. Eynəyin köməyi ilə onlar ayrıca qurğu qoşmamaqla təyyarənin eniş nömrəsi, eləcə də reyslə bağlı informasiya əldə edə bilirlər.
 
İşçi heyəti tərəfindən eynək həmçinin əsas terminalda sərnişinlərin sənədlərinin yoxlanılması üçün istifadə olunur.
 
Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.    
 
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.  
 
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - “4PDA” yazır.



Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024