12px13px15px17px
Tarix:16/02/15

Dünyanın ən populyar saytlarının reytinqi açıqlanıb

ABŞ-ın sayt və əlavələrin analitikası üzrə aparıcı "SimilarWeb” tədqiqat şirkəti dünyanın ən populyar saytlarının reytinqini təqdim edib.
 
Populyar saytlar onluğuna “VKontakte” sosial şəbəkəsi və “Yandex” axtarış sistemi daxil olub. Onlar müvafiq olaraq altıncı və doqquzuncu yeri tutublar. Liderlər üçlüyündə "Facebook” sosial şəbəkəsi, “Google” axtarış sistemi və “YouTube” videohostinqi yer alıb. Qeyd olunan resurslarla yanaşı, TOP-10-a “Yahoo!” şirkəti, “Wikipedia” onlayn ensiklopediyası, “Twitter” sosial şəbəkəsi və “Microsoft” korporasiyasının “Live.com” poçt xidməti daxildir.
 
Məlumat üçün bildirək ki, “SimilarWeb” analitik şirkəti bir sıra alətlərin (istifadəçidə quraşdırılan panellər, xüsusi proqramlar, birbaşa ölçmələr) köməyi ilə dünyada sayt və mobil əlavələrin qiymətləndirilməsi ilə məşğul olur, -  “Payspacemagazine yazır. 
 



Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024