Tarix:16/02/15
Forum çərçivəsində bir sıra sənaye sərgilərinin keçirilməsi nəzərdə tutulub.
Forumun Təşkilat Komitəsindən bildirilib ki, “PROMEKSPO” beynəlxalq sərgisində əsas sənaye sahələrinin texnologiyalarla təchiz edilməsi üçün avadanlıq, alət və materiallar nümayiş etdiriləcək. “PROMENERQO” isə sənaye üçün energetika və elektrotexnika avadanlığının beynəlxalq sərgisidir. “Enerji resurslarının qorunması və ekologiya” sərgisi isə effektiv enerji, resursa qənaətedici texnologiyaların, eləcə də sənayedə ətraf mühitin qorunması texnologiyalarının nümayiş etdirildiyi beynəlxalq sərgidir.
Növbəti sərgi “Elm və innovasiyalar” adlanır. Bu sərgidə elmi tədqiqat və konstruktor işləri, eləcə də sənayenin inkişafına yönələn innovasiya layihələri diqqətdə olacaq.
Forumun məqsədi daxili və xarici bazarlara istiqamətlənən yüksək texnologiyalı, rəqabətədavamlı məhsulların buraxılışı, yeni elmi tutumlu texnologiya və avadanlıqların tətbiqi, beynəlxalq kooperasiyanın inkişafı, respublika sənayesinə investisiyaların cəlb edilməsidir.
Həqiqət İSABALAYEVA
Azərbaycan “Belarus Sənaye Forumu - 2015”-də təmsil olunacaq
12-15 may 2015-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Belarus Sənaye Forumu - 2015” təşkil olunacaq. “Avrasiya həftəsi” Belarusda – 2015” tədbiri çərçivəsində keçirilən forumda Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də iştirak edəcəklər.Forum çərçivəsində bir sıra sənaye sərgilərinin keçirilməsi nəzərdə tutulub.
Forumun Təşkilat Komitəsindən bildirilib ki, “PROMEKSPO” beynəlxalq sərgisində əsas sənaye sahələrinin texnologiyalarla təchiz edilməsi üçün avadanlıq, alət və materiallar nümayiş etdiriləcək. “PROMENERQO” isə sənaye üçün energetika və elektrotexnika avadanlığının beynəlxalq sərgisidir. “Enerji resurslarının qorunması və ekologiya” sərgisi isə effektiv enerji, resursa qənaətedici texnologiyaların, eləcə də sənayedə ətraf mühitin qorunması texnologiyalarının nümayiş etdirildiyi beynəlxalq sərgidir.
Növbəti sərgi “Elm və innovasiyalar” adlanır. Bu sərgidə elmi tədqiqat və konstruktor işləri, eləcə də sənayenin inkişafına yönələn innovasiya layihələri diqqətdə olacaq.
Forumun məqsədi daxili və xarici bazarlara istiqamətlənən yüksək texnologiyalı, rəqabətədavamlı məhsulların buraxılışı, yeni elmi tutumlu texnologiya və avadanlıqların tətbiqi, beynəlxalq kooperasiyanın inkişafı, respublika sənayesinə investisiyaların cəlb edilməsidir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 734
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır