12px13px15px17px
Tarix:16/02/15

“Google”un rəhbəri istifadəçilərə elektron poçtun və şəkillərin itkisi riski haqda xəbərdarlıq edib

“Google” şirkətinin rəhbəri Vint Serf bildirib ki, internet istifadəçilərinin hazırda böyük həcmlərdə istehsal etdikləri rəqəmli materiallar, o cümlədən əsas tarixi sənədlər  həmişəlik itirilə bilər.

“ICTnews” xəbər xidmətinin “www.theguardian.com” saytına istinadən verdiyi məlumata əsasən, bunun səbəbi kimi Vint Serf günlərin birində bu sənədlərin baxılması üçün nəzərdə tutulmuş proqramın mövcud olmayacağını göstərib.

“Biz səliqəsiz şəkildə məlumatlarımızı nə vaxtsa “qara dəliyə” çevriləcək bir yerə atırıq. Böyük miqyasda rəqəmli materiallar - bloqlardan, tvitlərdən, şəkillərdən və videolardan başlayaraq, məhkəmə qərarları və elektron poçt yazışmaları kimi rəsmi sənədlərədək bu məkanda yox ola bilər”, - deyə o bildirib.

Bunun qarşısını almaq üçün Vint Serf   “rəqəmli perqament”i inkişaf etdirməyə çağırıb ki, köhnəlmiş proqram təminatını və aparat vasitələrini saxlamaq mümkün olsun. Çünki müasir fayllar onların neçə yaşları olsa belə bərpa olunmur.

"Biz rəqəmli həyatımızı itirmək istəmiriksə, əmin olmalıyıq ki, bu gün yaratdığımız rəqəmli obyektləri gələcəkdə istifadə edə biləcəyik. Gələcək alimlər hazırkı müasir mədəniyyəti öyrənmək üçün PDF-fayl, Word və bir sıra digər formatlarda yaradılmış fayllarla rastlaşacaqlar ki, məhz onları müəyyən avadanlıq və proqram təminatı vasitəsi ilə baxmaq və oxumaq olar", - deyə o əlavə edib.
 
Bundan başqa, V. Serf  həmçinin hazırda yaradılan rəqəmli materialların yüzlərlə və minlərlə illər ərzində düzgün şəkildə saxlanılmasını təmin etmək məqsədi ilə müəllif hüququ, patent, lisenziya və digər anlayışlara daha çox diqqət yetirmək tələb olunduğunu vurğulayıb.
 
Aynur Vəliyeva




Baxış sayı: 1144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024