12px13px15px17px
Tarix:17/02/15

Dünyada 100 milyon nəfər “LTE-Advanced” şəbəkəsindən istifadə edir

“LTE-Advanced” yüksəksürətli mobil şəbəkələri dünyada aktiv inkişaf edir. Bu barədə “ABI Research” şirkətinin tədqiqatında deyilir.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ilin sonunda dünyada 100 milyon nəfər “LTE-Advanced” şəbəkəsindən istifadə etmək imkanı əldə edib. Texnologiya 4 il əvvəl istifadəyə verilib. Yaxın dörd il ərzində “LTE-Advanced” şəbəkələrinin dünya əhalisinin 1 milyardını əhatə edəcəyi gözlənilir.
 
Ötən ilin sonuna olan vəziyyətə görə, dünyada 49 “LTE-Advanced” şəbəkəsi kommersiya istifadəsində olub. Bu istiqamətdə daha çox səyi yüksəksürətli mobil şəbəkələrinin sayının 20-yə çatdığı Qərbi Avropa operatorları göstərib. Asiya-Sakit okean regionunda 13 “LTE-Advanced” şəbəkəsi işə salınıb.
 
Şəbəkələrin sayına görə Şimali Amerika digər regionlardan geri qalsa da, texnologiyanın əhalinin yaşadığı ərazilərdə inkişaf etdirilməsinə görə ötür. Ekspertlər qeyd edirlər ki, bu şəbəkələrdən artıq Şimali Amerika sakinlərinin 7,8 faizi yararlana bilir ki, bu da regionlar arasında ən yüksək göstəricidir.
 
ABŞ-ın iri operatorunun hamısı “LTE-Advanced” şəbəkəsini kommersiya istifadəsinə verib (AT&T və Sprint) ya da onları aktiv inkişaf etdirir (Verizon və T-Mobile).
 
2015-ci ildə Hindistan, Fransa və ABŞ kimi bir neçə böyük ölkələrdə müxtəlif  “LTE” tezliklərinin alınması üçün hərraclar keçiriləcək. “Abunəçi məlumat trafikinin yüksək artımı ilə əlaqədar “ABI Research” tezliklər spektrləri, “VoLTE” texnologiyasına intensiv keçid və “LTE” və “LTE-Advanced” şəbəkələrində texnologiyaların işinin səmərəliyini artırmaq üçün tezliklərin yüksək modulyasiyası uğrunda mübarizənin kəskinləşəcəyini proqnozlaşdırır”, - “ABI” əməkdaşı Ceyk Sonders deyib, - “DailyComm ” yazır.  
 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024