12px13px15px17px
Tarix:17/02/15

ABŞ dünyadakı əksər kompüterlərin məlumatlarını ələ keçirə bilən casus proqramı yaradıb

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) dünyadakı əksər kompüterlərin məlumatlarını ələ keçirə bilən casus proqramı yaradıb.

"Kasperski Laboratoriyası" tədqiqatına əsasən “Reuters” agentliyi xəbər verib ki, MTA “Western Digital”, “Seagate”, “Toshiba” və başqa aparıcı şirkətlərin istehsalı olan disklərdə xüsusi casus proqramını yerləşdirmək yolunu tapıb.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "Kasperski Laboratoriyası"nın mütəxəssisləri 30 ölkədə bir və ya bir neçə belə casus proqramı ilə virusa yoluxdurulmuş fərdi kompüterlər (FK) aşkar ediblər. Virusa yoluxmuş kompüterlərin çoxu İranda qeydə alınıb. Sonrakı yerlərdə Rusiya, Pakistan, Əfqanıstan, Çin, Mali, Suriya, Yəmən və Əlcəzair gəlir.
 
Hökumət strukturları və hərbi idarələrdəki kompüterlər, telekommunikasiya şirkətləri, banklar, energetika şirkətləri, nüvə tədqiqatları ilə məşğul olan şirkətlər, media şirkətləri daha çox hakerlərin hədəfinə məruz qalıb.
 
"Kasperski Laboratoriyası" casus kampaniyasının arxasında duran ölkənin adını açıqlamaqdan imtina edib, amma İranda nüvə obyektlərinə hücum üçün MTA-nın sifarişi ilə hazırlanmış “Stuxnet” casus proqramı ilə bağlığını vurğulayıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024