Tarix:17/02/15
Bundan başqa, “ZTE” şirkəti beşinci nəsil mobil rabitəsi ilə məşğul olan mühəndislərdən ibarət ştatını 2 dəfə artıracaq. Bu haqda “The Wall Street Journal” nəşrinə müsahibəsində “ZTE”-nin simsiz şəbəkə bölməsinin aparıcı elmi işçisi və rəhbəri Syan Cün deyib.
O deyib ki, şirkətin öhdəçiliyində “5G” layihələr üzərində işləyən 8 tədqiqat mərkəzi var: 4-ü Çində, 3-ü ABŞ-da və 1-i Avropada yerləşir. 2014-cü ildə ümumilikdə 800 mühəndis işləyib, “ZTE” şirkəti 2015-ci ildə əməkdaşlarının sayını 1600-dək artırmağı planlaşdırır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, beşinci nəsil mobil rabitəsi sahəsində hazırlamalar “ZTE” şirkətinə sahə üzrə rəqiblərinə – “Ericsson” və “Huawei” şirkətinə çatmağa imkan verib.
Mobil infrastrukturun inkişafı üzərində işləyən başqa şirkətlərin əksəriyyəti kimi “ZTE” şirkəti də hesab edir ki, 2020-ci ilədək “5G” rabitə əlçatan olacaq. Bu halda Syan Cün deyib ki, texniki nöqteyi-nəzərdən belə şəbəkələri artıq indi işə salmaq mümkün olsa da, texnologiyanın tətbiqi üçün vaxt lazımdır. İstehsalçıların hər biri (“Ericsson”, “Huawei” və “ZTE”) “5G” texnologiya ilə bağlı öz təsəvvürünə malikdir və buna görə vahid standart və spesifikasiyaların hazırlanması uzun proses ola bilər.
“ZTE”-nin mütəxəssisinin proqnozuna görə, “4G” ilə müqayisədə 1000 dəfə daha çox sürəti təmin edəcək “5G” standartının tətbiqi ilə mobil qurğular bazarında nəzərəçarpacaq dəyişikliklər olacaq. Beşinci nəsil rabitəsi "Əşyaların interneti"nin inkişafına və daşınan cihazların tətbiqinə təkan verəcək.
Emil Hüseynov
Çin “5G” texnologiyasının inkişafı üzrə xərclərini 2 dəfə artıracaq
Dünyanın aparıcı telekommunikasiya avadanlığı tədarükçülərindən biri olan Çinin “ZTE” şirkəti 2015-ci ildə “5G” sahəsində tədqiqat və hazırlamalara xərclərini 2 dəfə artırmaq niyyətindədir.Bundan başqa, “ZTE” şirkəti beşinci nəsil mobil rabitəsi ilə məşğul olan mühəndislərdən ibarət ştatını 2 dəfə artıracaq. Bu haqda “The Wall Street Journal” nəşrinə müsahibəsində “ZTE”-nin simsiz şəbəkə bölməsinin aparıcı elmi işçisi və rəhbəri Syan Cün deyib.
O deyib ki, şirkətin öhdəçiliyində “5G” layihələr üzərində işləyən 8 tədqiqat mərkəzi var: 4-ü Çində, 3-ü ABŞ-da və 1-i Avropada yerləşir. 2014-cü ildə ümumilikdə 800 mühəndis işləyib, “ZTE” şirkəti 2015-ci ildə əməkdaşlarının sayını 1600-dək artırmağı planlaşdırır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, beşinci nəsil mobil rabitəsi sahəsində hazırlamalar “ZTE” şirkətinə sahə üzrə rəqiblərinə – “Ericsson” və “Huawei” şirkətinə çatmağa imkan verib.
Mobil infrastrukturun inkişafı üzərində işləyən başqa şirkətlərin əksəriyyəti kimi “ZTE” şirkəti də hesab edir ki, 2020-ci ilədək “5G” rabitə əlçatan olacaq. Bu halda Syan Cün deyib ki, texniki nöqteyi-nəzərdən belə şəbəkələri artıq indi işə salmaq mümkün olsa da, texnologiyanın tətbiqi üçün vaxt lazımdır. İstehsalçıların hər biri (“Ericsson”, “Huawei” və “ZTE”) “5G” texnologiya ilə bağlı öz təsəvvürünə malikdir və buna görə vahid standart və spesifikasiyaların hazırlanması uzun proses ola bilər.
“ZTE”-nin mütəxəssisinin proqnozuna görə, “4G” ilə müqayisədə 1000 dəfə daha çox sürəti təmin edəcək “5G” standartının tətbiqi ilə mobil qurğular bazarında nəzərəçarpacaq dəyişikliklər olacaq. Beşinci nəsil rabitəsi "Əşyaların interneti"nin inkişafına və daşınan cihazların tətbiqinə təkan verəcək.
Emil Hüseynov
Baxış sayı: 708
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib