Tarix:18/02/15
Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ASC və dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat" S.A. (NYSE: I) 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq barədə strateji razılaşma imzalayıblar.
Bununla da, "Azərkosmos" Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə etdi. İki şirkət növbəti iki il ərzində "Azerspace-2" peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər.
"Azerspace-2"regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"-in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev qeyd etmişdir: "Bizim əhatə zonamızda olan regionlarda – MDB ölkələri, Afrika və Asiya – peyk tutumlarına olan tələbat artmaqda davam edir və "Azerspace-2" regionda daha geniş peyk xidmətləri göstərmək planlarımızın tərkib hissəsidir. İkinci telekommunikasiya peykimiz sayəsində biz genişzolaqlı və yayım tətbiqlərinə olan artan tələbatı qarşılamaq baxımından daha güclü mövqedə olacağıq. "Intelsat" ilə əməkdaşlığımız həm regionda mövqelərimizi gücləndirəcək, həm də bizə imkan verəcək ki, xidmətlərimizin əhatə zonasını effektiv şəkildə genişləndirək".
"Intelsat" şirkətinin baş icraçı direktorunun müavini Stefan Spenqler bildirmişdir: "Azərkosmos" ilə əməkdaşlığımız digər peyk operatorları ilə strateji əməkdaşlığın vacibliyinin bariz nümunəsidir. Əməkdaşlığımız bizə hazırkı aktivlərimizdən istifadə etməklə tutum əldə etmək və orbital hüquqlarımızın dəyərini artırmaq imkanı verəcək. Nəticə etibarilə, "Azerspace-2" sürətlə inkişaf edən Mərkəzi Avropa, Şərqi Avropa, Asiya və Sakit Okean regionlarında olan aparıcı DTH platformaları da daxil olmaqla bizim bu orbital mövqedə olan müştərilərimizin böyümək hədəflərini dəstəkləyəcək, Afrikada olan korporativ şəbəkələr üçün peyk əsaslı rabitə təmin edəcək".
"Azerspace-2"-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.
Məlumat üçün bildirək ki, "Intelsat" S.A. (NYSE: I) dünyanın peyk xidmətləri üzrə aparıcı şirkətidir. Şirkət 50 ildən çoxdur ki, media, stasionar və mobil genişzolaqlı infrastrukturlar, korporativ, dövlət və hərbi sahədən olan müştərilərə yüksək keyfiyyətli rabitə həlləri təqdim edir. Peyk sənayesində "Intelsat"ın peyk, teleport və fiber infrastrukturunun analoqu yoxdur. Bu şirkət video və genişzolaqlı xidmətlərin transmissiyasının standartlarını müəyyən edir. Daha ətraflı məlumatı http://"www.intelsat.com" veb səhifəsindən ala bilərsiniz.
“Azərkosmos” və “Intelsat” 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq məqsədilə əməkdaşlığa başladı

Baxış sayı: 933
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı