Tarix:08/06/11
Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadaya hazırlaşır
Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati və elmi-metodiki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan məktəblilərinin bu il Taylandda keçiriləcək İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak etməsi üçün hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində Olimpiya Mərkəzi yaradılıb. Olimpiadada ölkəmizi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və Bakı Özəl Türk Liseyinin 9-11-ci sinif şagirdlərindən ibarət komanda təmsil edəcək. Qeyd edək ki, Olimpiya Mərkəzində treninqlər Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadənin rəhbərliyi altında İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılacaq. 1 iyun tarixindən 17 iyuladək davam edəcək hazırlıqlar komanda üzvlərinin informatikanın riyazi əsasları, alqoritmlərin işlənib hazırlanması və analizi, proqramlaşdırmanın əsasları, əməliyyat sistemləri, proqramlaşdırma texnologiyasının əsasları, hesablama metodları və modelləşdirmə, kompyuter şəbəkələri texnologiyaları sahəsinə dair bilik və bacarığının daha da artırılması, bu biliklərin mürəkkəb məsələlərin həllində qısa zamanda tətbiq edilməsi qabiliyyətinin formalaşması məqsədi daşıyır. İnformasiya texnologiyaları sahəsi üzrə bilik yarışında dünyanın 84 ölkəsindən olan yuxarı sinif şagirdləri iştirak edəcəklər. Taylandın kurort məkanı Pattay iyulun 22-dən 29-dək kompyuter elmi sahəsində yüksək bilik və intellektual səviyyə nümayiş etdirmək əzmində olan gənc virtuozların mübarizə meydanına çevriləcək. Tədbirin təşkilatçıları Tayland Təhsil Nazirliyi, Elm və Texnologiyaların İnkişafı İnstitutudur. İnformatika üzrə Beynəlxalq Olimpiada ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirilib. Artıq 22 ildir ki, keçirilən olimpiada bu il Tayland Krallığı tarixində ilk dəfə təşkil ediləcək.Baxış sayı: 1700
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır