Tarix:18/02/15
Belə ki, “Nar” abunəçilərinə sosial media üzərindən tam əhatəli müştəri xidməti təqdim edən yeganə mobil operator oldu. “Nar Mobile”-ın Müştəri xidmətləri departamentində abunəçilərə sosial media üzərindən birbaşa dəstək vermək üçün xüsusi komanda formalaşdırılıb. Müştərilərə tam və əhatəli dəstəyi nəzərdə tutan xidmət (Full-Fledge Customer Care) özünəməxsusluğu ilə seçilir. Sosial media vasitəsilə (Facebook, Twitter, Instagram və s.) bu xidmətə müraciət edən hər bir abunəçi öz sualına cavab tapmaq üçün daha başqa bir kanala (Çağrı mərkəzi, onlayn yazışma və s.) yönləndirilmir və lazım olan bütün dəstəyi sosial media komandasından tam şəkildə ala bilir.
Bundan əlavə, abunəçilərə yüksəkkeyfiyyətli sosial media dəstəyinin göstərilməsi üçün xüsusi vahid platforma da istifadəyə verildi. Bu platforma sayəsində abunəçilərin sorğuları qısa vaxtda cəvablandırılır, onların müsbət, mənfi və ya neytral şərhləri qeydə alınır. Bütün sosial şəbəkələrdə “Nar”-la ünsiyyət tarixçəsinin analizi nəticəsində hər bir abunəçiyə fərdi yanaşma tətbiq olunur. Bununla yanaşı, proqram vasitəsilə abunəçilər üçün əsas maraq kəsb edən məsələləri müəyyən etmək və sorğuları kateqoriyalara bölmək də mümkündür.
“Nar Mobile” bundan sonra da müştərilərə daha yaxşı sosial media dəstəyi göstərmək üçün sosial şəbəkələrin bütün növ innovativ imkanlarından istifadə etməyə davam edəcək.
“Nar Mobile” abunəçilərin sosial media vasitəsilə verdikləri bütün sualları birbaşa cavablandırır
“Nar Mobile” öz abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərmək üçün daha bir mütərəqqi addım atıb.Belə ki, “Nar” abunəçilərinə sosial media üzərindən tam əhatəli müştəri xidməti təqdim edən yeganə mobil operator oldu. “Nar Mobile”-ın Müştəri xidmətləri departamentində abunəçilərə sosial media üzərindən birbaşa dəstək vermək üçün xüsusi komanda formalaşdırılıb. Müştərilərə tam və əhatəli dəstəyi nəzərdə tutan xidmət (Full-Fledge Customer Care) özünəməxsusluğu ilə seçilir. Sosial media vasitəsilə (Facebook, Twitter, Instagram və s.) bu xidmətə müraciət edən hər bir abunəçi öz sualına cavab tapmaq üçün daha başqa bir kanala (Çağrı mərkəzi, onlayn yazışma və s.) yönləndirilmir və lazım olan bütün dəstəyi sosial media komandasından tam şəkildə ala bilir.
Bundan əlavə, abunəçilərə yüksəkkeyfiyyətli sosial media dəstəyinin göstərilməsi üçün xüsusi vahid platforma da istifadəyə verildi. Bu platforma sayəsində abunəçilərin sorğuları qısa vaxtda cəvablandırılır, onların müsbət, mənfi və ya neytral şərhləri qeydə alınır. Bütün sosial şəbəkələrdə “Nar”-la ünsiyyət tarixçəsinin analizi nəticəsində hər bir abunəçiyə fərdi yanaşma tətbiq olunur. Bununla yanaşı, proqram vasitəsilə abunəçilər üçün əsas maraq kəsb edən məsələləri müəyyən etmək və sorğuları kateqoriyalara bölmək də mümkündür.
“Nar Mobile” bundan sonra da müştərilərə daha yaxşı sosial media dəstəyi göstərmək üçün sosial şəbəkələrin bütün növ innovativ imkanlarından istifadə etməyə davam edəcək.
Baxış sayı: 991
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır