12px13px15px17px
Tarix:18/02/15

Xocalı faciəsinin şahidi rabitəçi Dürdanə Ağayeva Los Anceles radiosuna müsahibə verib - AUDİO

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Los Ancelesdə səfərdə olan Xocalı soyqrımının şahidi Dürdanə Ağayeva fevralın 15-də burada yerləşən "BlogTalkRadio"radiosuna müsahibə verib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, müsahibə psixoloji müharibə travmaları üzrə tanınmış amerikalı ekspert Dr. Daniel Sadiq tərəfindən aparılıb. Proqramın başlanğıcında D.Sadiq bildirib ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
 

O, Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu diqqətə çatdırıb və bu səpkidə 1992-ci ilin fevral ayında erməni qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.
 

Müsahibə zamanı Xocalı faciəsi zamanı ayağından yaralanaraq 20 yaşında ermənilərə əsir düşmüş Dürdanə Ağayeva əsirlikdə olduğu dövrdə başına gələn əzablı hadisələrdən, ermənilərin ona və digər əsirlərə verdikləri ağır işgəncələrdən və törətdikləri vəhşiliklərdən danışıb. O, ermənilərin əsirlikdə olan qadın, uşaq və yaşlı insanlara fərq qoymadan bütün Xocalı sakinlərinə dözülməz işgəncələr etdiyini vurğulayıb.
 

Müsahibə ilə bu linkdən tanış olmaq olar:
 




 





Baxış sayı: 1742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb