Tarix:18/02/15
Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub.
BANM-dan bildirilib ki, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən “Webometrics Ranking of World Universities” ümumdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin elektron kitabxanası “Vebometriks” reytinq cədvəlinə
(http://repositories.webometrics.info/en/Europe/Azerbaijan) daxil olub.
Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində (DOAR (Directory of Open Access Repositories), ROAR (Registry of Open Acess Repositories) ROARMAP (Registry of Open Acess Repositories Mandates and Policy) qeydiyyatdan keçib.
Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir. “Vebometriks” reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr “Webometrics Ranking of World Universities” (www.wembomertics.info) rəsmi saytında yerləşdirilir.
Qeyd edək ki, BANM-in elektron arxivi (repozitori) (http://dspace.bhos.edu.az ) “Hevlett-Pakard” və MTİ (Massaçusets Texnologiya İnstitutu) kitabxanalarının birgə əməkdaşlığı nəticəsində yaradılmış “Dspace” proqram təminatı əsasında çalışır. Proqram ilk dəfə 2002-ci ildə MTI-un kitabxanaları tərəfindən dəstəklənən sistem kimi işə salınıb. “Dspace” proqram təminatı akademik tədqiqatlarda istifadə olunan rəqəmsal materialların uzunmüddətli saxlanmasını təmin edən platformadır. Hal-hazırda BANM-in elektron kitabxanasının kolleksiyaları Ali Məktəbin müəllim və tədqiqatçılarının tammətnli nəşrləri ilə zənginləşir.
Elektron arxivin effektivliyinin artırılması məqsədilə Ali Məktəbin əməkdaşları sona çatdırılmış tədqiqat nəticələrinin elektron versiyasını kitabxanaya təqdim edirlər. Buraya dissertasiyalar, magistr işləri, ekspert rəyindən keçərək dərc olunmuş və ya dərc olunmağa hazırlanan elmi əsərlər və s. aid edilir.
Ali Məktəbin elektron arxivində müxtəlif mövzulardan olan elektron sənədlərin kolleksiyaları, tədris proqramını dəstəkləyən tədris materialları, əməkdaşların tədqiqat nəticələri, aparıcı müəllim və alimlərin şəxsi səhifələri və sair kitabxana kolleksiyaları cəmlənib.
Həqiqət İSABALAYEVA
Bakı Ali Neft Məktəbinin elektron kitabxanası zənginləşdirilir

Baxış sayı: 690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır