12px13px15px17px
Tarix:06/09/11

“Google” şirkəti özünün 10 xidmətini bağlayır

“Google” şirkəti öz bloqunda yaxın bir neçə ay ərzində 10 layihəni bağlamaq niyyətini elan edib. Layihələrin bir qismi mövcud məhsulların tərkibinə daxil ediləcək, digərləri isə ləğv ediləcək. Layihələrin siyahısı əlifba sırası ilə dərc edilib.

Siyahıda ləğv edilən xidmətlər arasında birinci yerdə sosial axtarış maşını “Aardwark”dır. Orda istifadəçilərə suallar vermək və onlara cavab vermək təklif edilir.

Siyahı üzrə sonra – “Desktop”dur, fayl, poçt, şəkil və veb-sörfinqin tarixi üzrə ani axtarış yerinə yetirməyə icazə verən “Windows”da olan funksiyanın alternatividir. İşin sürəti kompyuterdə bütün faylların əvvəlcədən indeksləşdirilməsi hesabına həyata keçirilir.

Xeyli sayda insanın bu proqramdan istifadə etməsinə baxmayaraq, “Google” sentyabr ayının 14-dən “Desktop” layihəsinin inkişafını dayandıracaq. Həmçinin texniki dəstək də dayandırılacaq. "Google Bloknotu" da ləğv edilən xidmətlər siyahısına düşüb.

Xidmət veb-saytlara baxış müddətində qeydlər etməyə və sonra onları digər qurğularda oxumağa imkan yaradırdı. İstifadəçinin bütün mövcud yazıları “Google Docs”da onun hesabına avtomatik olaraq keçəcək.

Siyahıya həmçinin, “Fast Flip”, “Google Maps APİ for Flash”, “Google Pack”, “Google Web Security”, “İmage Labeler”, “Sidewiki” və “Subscribed Links” xidmətləri əlavə olunub.

Layihələri bağlayaraq, “Google” şirkəti işi optimallaşdırmağa və azad olmuş resursları planetdə milyardlarla insanın həyatını yaxşılaşdıran əsas məhsullara yönəltməyə çalışır.



Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2017

18/08/17
Fərdi kompüterlər üçün ən sürətli çiplər təqdim edilib

“AMD” şirkəti tarixdə kompüterlər üçün ən məhsuldar prosessorlar (“Ryzen Threadripper” çipləri)

18/08/17
“Microsoft HoloLens” eynəyi muzey eksponatlarına vizual effektlər əlavə edəcək

“Microsoft HoloLens” reallıq eynəyi Yaponiyanın Kennin-dzi məbədi muzeyində eksponatları canlandırmağa 

18/08/17
“Samsung” 10 mindən çox akkumulyatoru geri çağırıb

“Samsung” şirkəti “Galaxy Note 4” smartfonu üçün 10 mindən çox akkumulyatoru geri çağırıb. Bu,

18/08/17
Pedalların əvəzinə "Go" və "Stop now" düymələrinə malik avtomobil patentlənib

“Google” şirkətinə məxsus “Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləy

18/08/17
Son iki ildə kibercinayətlərın sayı təxminən iki dəfə artıb

“ThreatMetrix” şirkətinin hesabatına əsasən, 2015-ci ildən etibarən kibercinayətkarlıq fəaliyyəti təxminən 

18/08/17
Jestləri tanıyan əlcək hazırlanıb

Lal-kar insanlar tərəfindən istifadə edilən jest dili bir çatışmazlığa malikdir ki, eşidən insanlar bu dili bilmirlər. 

17 08 2017

17/08/17
“ASUS ZenFone 4” və “ZenFone 4 Pro” smartfonları rəsmən təqdim edilib

“ASUS” şirkəti Tayvanda “ZenFone 4” və “ZenFone 4 Pro” smartfonlarını təqdim edib. Hər iki smartfon qabaqcıl 

17/08/17
“ASUS” şirkətinin “Windows 10 S” sistemi ilə işləyən ilk noutbuku təqdim edilib

“ASUS” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemi ilə işləyən “VivoBook W202” adlı ilk noutbukunu 

17/08/17
“Google” zəif internetə malik regionlar üçün “Search Lite” mobil proqramını sınaqdan keçirir

“Google” şirkəti zəif internetə malik regionlarda tətbiq üçün nəzərdə tutulmuş “Search Lite” proqramının 

17/08/17
“Intel” yeni nəsil prosessorlarının anonsunu verib

“Intel” şirkəti 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə hazırlanmış çiplərin (“Cannon Lake” 

17/08/17
2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq

“Juniper Research” analitik şirkətinin proqnozuna görə, 2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların 

17/08/17
“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

Çinin “Lenovo Group” şirkətinə məxsus olan ABŞ-ın “Motorola Mobility” ka şirkəti özü bərpa olunan displeyə

17/08/17
“Nokia 8” smartfonu rəsmən təqdim olunub

“Nokia” brendi üzərində hüquqa sahib “HMD Global” şirkəti Londonda keçirilmiş tədbirdə yeni “Nokia 8

17/08/17
2021-ci ilə daşınan elektronika qurğularının tədarük həcmi 430 milyon təşkil edəcək

“Tractica” tədqiqat şirkətində çalışan ekspertlərin proqnozuna görə, yaxın 5 ildə qlobal daşınan elektronika