12px13px15px17px
Tarix:19/02/15

Dünya informasiya bazarında liderlik edən “PR Newswire” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

“PR Newswire” şirkəti ilə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi arasında  gələcəkdə qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Müzakirələr AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində (EİM) keçirilən görüşdə baş tutub. EİM-dın qeyd edilib ki, Elmi İnnovasiyalar Mərkəzinin (EİM) Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qonağa mərkəzin fəaliyyəti, görülən işlərlə bağlı ətraflı məlumat verib.
 
“PR Newswire” şirkətinin nümayəndəsi Daria Smurova isə bildirib ki, dünya informasiya bazarında liderlik edən “PR Newswire” şirkəti 1854-cü ildə ABŞ-da yaranıb. Hazırda dünyanın 16 ölkəsində ofisi fəaliyyət göstərən bu şirkət jurnalistlər, investorlar, biznes və cəmiyyət arasında əlaqəni təmin edir.
 
700 min jurnalisti öz ətrafında birləşdirən,  60 mindən çox müştərisi olan “PR Newswire” şirkəti gün ərzində 1500 press-relizi 40 dildə 170 ölkəyə yayır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024