Tarix:20/02/15
Böyük Britaniya logistikaya qoyulan sərmayələrin həcminə görə liderdir. Belə ki, 2014-cü ildə bu ölkənin investisiyası 65 faiz artaraq 7,9 milyard avroya çatıb. Həmçinin onlayn ticarətin maddi-texniki təminatına sərmayələrin həcmi İrlandiyada artaraq 197 milyon avro təşkil edib. Birləşmiş Krallıqda və İrlandiyada investisiyaların artımı Britaniyanın “Asos” mağazasının Berlində sahəsi 18 min kv metr təşkil edən yeni paylayıcı mərkəz açması ilə izah edilir.
Qeyd olunan ölkələrlə yanaşı, Avropada logistikanın inkişafı ilə Finlandiya və İspaniya fəal məşğul olur. Bundan əlavə, İsveçin internet mağazaları birgə elektron kommersiya parkı yaradıb. İki min kv metr sahədə onlayn pərakəndə satış şirkətləri anbar və ofislərini yerləşdirə, eləcə də müştərək çatdırılma xidmətini təşkil edə bilərlər.
Bundan əvvəl verilən məlumata görə, Avropada onlayn ticarətin inkişafı ABŞ-ın göstəricilərini üstələyir, - “Payspacemagazine” yazır.
Avropa İttifaqında elektron ticarət logistikanın inkişafını stimullaşdırır
Avropa İttifaqı (Aİ) ölkələrində elektron ticarət inkişaf etdikcə logistikaya (çatdırılma və anbar xidmətləri) yatırılan investisiyaların həcmi artır. Ötən il anbarlara və paylayıcı mərkəzlərə 19,8 milyard avro yatırılıb ki, bu da 2013-cü ildən 34 faiz çoxdur.Böyük Britaniya logistikaya qoyulan sərmayələrin həcminə görə liderdir. Belə ki, 2014-cü ildə bu ölkənin investisiyası 65 faiz artaraq 7,9 milyard avroya çatıb. Həmçinin onlayn ticarətin maddi-texniki təminatına sərmayələrin həcmi İrlandiyada artaraq 197 milyon avro təşkil edib. Birləşmiş Krallıqda və İrlandiyada investisiyaların artımı Britaniyanın “Asos” mağazasının Berlində sahəsi 18 min kv metr təşkil edən yeni paylayıcı mərkəz açması ilə izah edilir.
Qeyd olunan ölkələrlə yanaşı, Avropada logistikanın inkişafı ilə Finlandiya və İspaniya fəal məşğul olur. Bundan əlavə, İsveçin internet mağazaları birgə elektron kommersiya parkı yaradıb. İki min kv metr sahədə onlayn pərakəndə satış şirkətləri anbar və ofislərini yerləşdirə, eləcə də müştərək çatdırılma xidmətini təşkil edə bilərlər.
Bundan əvvəl verilən məlumata görə, Avropada onlayn ticarətin inkişafı ABŞ-ın göstəricilərini üstələyir, - “Payspacemagazine” yazır.
Baxış sayı: 545
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır