Tarix:06/09/11
Cənubi Koreya şirkətinə “Galaxy Tab 7.7” planşetini Almaniya ərazisində satmaq və yaymaq qadağan edilib. Sərgi Berlində keçirildiyindən “Samsung” şirkəti öz stendlərindən planşeti götürməyə məcbur olub.
“Galaxy Tab 7.7” planşeti sentyabr ayının 1-də “Samsung” şirkəti tərəfindən təqdim edilib. Qurğu 7,7 düym “Super AMOLED” ekranı ilə təchiz edilib. Planşet “Android” platformasında işləyir, 1.4 QHz prosessor və 8 qiqabayt daxili yaddaş ilə təchiz olunub.
“Apple” şirkəti hesab edir ki, “Samsung”un planşetləri, həmçinin bəzi smartfonları onun “iPad” və “iPhone” məhsullarının dizaynını köçürür. Bununla əlaqədar olaraq Amerika şirkəti “Samsung”u bir neçə ölkədə, həmçinin Almaniya, Avstraliya və Hollandiyada təqib edir.
Bununla belə “Samsung” və “Apple” şirkətləri əməkdaşlıq münasibətlərindədirlər, belə ki, Cənubi Koreya şirkəti “iPhone” istehsalçısına ekran və mikroprosessor tədarük edir. “İFA” ən böyük elektronika sərgilərindən biridir və 1924-cü ildən Almaniyada keçirilir.
Məhkəmə “Samsung” şirkətinə yeni planşeti nümayiş etdirməyi qadağan edib
Almaniyanın Düsseldorf şəhərindəki məhkəmə “Apple” şirkətinin tələbinə görə “Samsung”a “İFA 2011” sərgisində “Galaxy Tab 7.7” planşetini göstərməyi qadağan edib. Qətnamə cümə günü, sentyabr ayının 2-də çıxıb.Cənubi Koreya şirkətinə “Galaxy Tab 7.7” planşetini Almaniya ərazisində satmaq və yaymaq qadağan edilib. Sərgi Berlində keçirildiyindən “Samsung” şirkəti öz stendlərindən planşeti götürməyə məcbur olub.
“Galaxy Tab 7.7” planşeti sentyabr ayının 1-də “Samsung” şirkəti tərəfindən təqdim edilib. Qurğu 7,7 düym “Super AMOLED” ekranı ilə təchiz edilib. Planşet “Android” platformasında işləyir, 1.4 QHz prosessor və 8 qiqabayt daxili yaddaş ilə təchiz olunub.
“Apple” şirkəti hesab edir ki, “Samsung”un planşetləri, həmçinin bəzi smartfonları onun “iPad” və “iPhone” məhsullarının dizaynını köçürür. Bununla əlaqədar olaraq Amerika şirkəti “Samsung”u bir neçə ölkədə, həmçinin Almaniya, Avstraliya və Hollandiyada təqib edir.
Bununla belə “Samsung” və “Apple” şirkətləri əməkdaşlıq münasibətlərindədirlər, belə ki, Cənubi Koreya şirkəti “iPhone” istehsalçısına ekran və mikroprosessor tədarük edir. “İFA” ən böyük elektronika sərgilərindən biridir və 1924-cü ildən Almaniyada keçirilir.
Baxış sayı: 2824
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır