12px13px15px17px
Tarix:20/02/15

Məşhur “Adobe Photoshop” qrafik redaktorunun 25 yaşı tamam olur.

“Adobe Photoshop” qrafik redaktoru 25 yaşını qeyd edir“Adobe” şirkəti 25 il bundan əvvəl “Photoshop 1.0” qrafik redaktorunu çıxarıb. Bu redaktor o zaman dizaynerləri, fotoredaktorları və qrafika ilə işləyən hər kəsi heyrətləndirmişdi.

Sözügedən proqramı iki qardaş – Tomas və Con Noll hazırlayıb. Onların atası zirzəmidəki foto laboratoriyasında fotoşəkillə məşğul olub və uşaqlarda bu sənətə sevgi yaradıb. 1984-cü ildə ata uşaqlarına “Mac” kompüteri satın alıb, lakin kompüterdə yaxşı işləyə bilmədiyindən onları məyus edib. O zaman onlar bu problemi aradan qaldırıblar.

Qardaşlar ilk əvvəllər yalnız fotoşəkli göstərən “Display” proqramını hazırlayıblar. Bundan sonra proqrama sadə foto emalı alətləri əlavə ediblər. “Adobe” bu layihə ilə maraqlanıb və onu qardaşlardan satın alıb. “Display” proqramı “Photoshop”a çevrilib və şirkətə milyonlarla dollar qazandırıb.

Emil Hüseynov



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024