Tarix:06/09/11
Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilib.
Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir.
Payız-qış mövsümündə də bu iş ciddi nəzarətdə saxlanılacaq. Ötən il Babək qəsəbəsində və Nehrəm kəndində “Daewoo” tipli stansiyanın NGN sistemi ilə əvəzlənməsi digər bu tipli stansiyalar üçün kifayət qədər ehtiyat yaradıb.
Nazir bildirib ki, cari ilin 6 ayı ərzində bir xətt üzərində olan, bir neçə az tutumlu kabelin çoxtutumlu kabellərlə əvəz edilməsi ilə xətt təsərrüfatının normativə uyğunlaşdırılması işinin aylıq telefon çəkilişindən əlavə rabitə idarələrinə konkret vəzifə kimi həvalə olunması nəticəsində 15 km-ə yaxın magistral rabitə xətti sahmana salınıb.
Hər rübdə bir dəfə bütün yardımçı qurğulara texniki baxış keçirilir, generatorların iş saatına uyğun yağı, müxtəlif filtrləri dəyişdirilir, akkumlyatorların məhlulu və onun faizi normativə uyğunlaşdırılır.
Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə şərait yaradıb.
Son illər rabitə müəssisələrinə göstərilən qayğılardan biri də onlar üçün normal iş şəraiti olan binaların inşa edilməsidir.
Bu cəhətdən regionun ayrı-ayrı yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzlərinin qazanxana sistemi ilə və ya mavi yanacaqla təmin olunması belə binalarda çalışanların istilik problemini həll edib.
Digər rabitə obyektlərinin də qış boyu əhaliyə keyfiyyətli xidmət göstərməsini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilib və keçirilir.
Sonra şəhər və rayon idarə rəisləri 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və görüləcək işlər barədə məlumat veriblər.
Naxçıvanda rabitənin payız-qış mövsümünə hazırlığı müzakirə olunub
Naxçıvan MR RİTN-də payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlikdə geniş tədbirlər planının hazırlandığını bildirib.Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilib.
Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir.
Payız-qış mövsümündə də bu iş ciddi nəzarətdə saxlanılacaq. Ötən il Babək qəsəbəsində və Nehrəm kəndində “Daewoo” tipli stansiyanın NGN sistemi ilə əvəzlənməsi digər bu tipli stansiyalar üçün kifayət qədər ehtiyat yaradıb.
Nazir bildirib ki, cari ilin 6 ayı ərzində bir xətt üzərində olan, bir neçə az tutumlu kabelin çoxtutumlu kabellərlə əvəz edilməsi ilə xətt təsərrüfatının normativə uyğunlaşdırılması işinin aylıq telefon çəkilişindən əlavə rabitə idarələrinə konkret vəzifə kimi həvalə olunması nəticəsində 15 km-ə yaxın magistral rabitə xətti sahmana salınıb.
Hər rübdə bir dəfə bütün yardımçı qurğulara texniki baxış keçirilir, generatorların iş saatına uyğun yağı, müxtəlif filtrləri dəyişdirilir, akkumlyatorların məhlulu və onun faizi normativə uyğunlaşdırılır.
Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə şərait yaradıb.
Son illər rabitə müəssisələrinə göstərilən qayğılardan biri də onlar üçün normal iş şəraiti olan binaların inşa edilməsidir.
Bu cəhətdən regionun ayrı-ayrı yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzlərinin qazanxana sistemi ilə və ya mavi yanacaqla təmin olunması belə binalarda çalışanların istilik problemini həll edib.
Digər rabitə obyektlərinin də qış boyu əhaliyə keyfiyyətli xidmət göstərməsini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilib və keçirilir.
Sonra şəhər və rayon idarə rəisləri 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və görüləcək işlər barədə məlumat veriblər.
Baxış sayı: 1961
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı