12px13px15px17px
Tarix:21/02/15

“Intel” korporasiyası: 2015-ci ilin İT trendləri

"Intel" şirkəti 2015-ci il üzrə İT tendensiyalarla bağlı öz proqnozunu bölüşüb. Şirkətin nümayəndələrinin fikrincə, daşınan qurğular, "IoT" (əşyalar interneti), səhiyyə sahəsində "böyük məlumatlar"ın təhlili, naqillərdən imtina və "ağıllı" şəhərlər ilin ən aktual tendensiyaları olacaq.
 
Daşınan qurğular

 



Daşınan qurğulara tələbat getdikcə artır. Artım tendensiyası idman və fitneslə məşğuliyyət üçün rəqəmli həllər seqmentində daha çox müşahidə edilir: "Gartner"in hesablamasına əsasən, 2014-cü ildə belə məşğuliyyətlər zamanı fizioloji parametrlərin monitorinqi üçün 70 milyon qurğu satılıb. Bundan başqa, "Intel" korporasiyasının məlumatına görə, 2015-ci ildə "ağıllı" saat bazarında artım gözlənilir.
 
"Əşyaların interneti"



2014-cü ildə müxtəlif sahələrdə "ağıllı" qurğulardan istifadəyə başlanılıb. Deməli, biz "Əşyaların interneti" konsepsiyasının reallaşdırılmasına çox yaxınlaşmışıq. "Accenture" şirkətinin bu yaxınlardakı tədqiqatına əsasən, 2019-cu ilədək insanların 69 faizi evdə "ağıllı" qurğulara malik olacaq.
 
Səhiyyə sahəsində "böyük məlumatlar" təhlili

Bir gün ərzində bir insanın genini təhlil etmək və ani fərdi müalicəyə başlamaq imkanını təsəvvür edin. Məlumatların təhlili sahəsində əldə edilmiş uğurlar  sayəsində bu gün tezliklə baş tuta bilər. 2015-ci ildə biz bu istiqamətdə mühüm addımlar görəcəyik.

Daha çox tibbi müəssisə və mütəxəssis ev şəraitində pasiyentin  vəziyyətinə uzaq məsafədən nəzarət üçün geniş şəbəkə imkanlarına malik qurğulardan istifadə daxil olmaqla yeni metodlar tətbiq edir.
 
 
 
 
 
Naqillərdən imtina

 



Təsəvvür edin ki, smartfon və ya noutbuk simsiz rejimdə enerji ilə doldurulur. Bu, artıq tezliklə reallığa çevrilə bilər. "Intel" korporasiyasının "PC Client Group" bölməsinin rəhbəri Kirk Skauqen "IDF 2014" çərçivəsində elan edib ki, "Intel" 2015-ci ildə "simsiz fərdi kompüter" təqdim etməyi planlaşdırır.

"IHS" şirkətinin hesabatına əsasən, 2019-cu ilədək elektrik enerjisinin simsiz ötürülməsi üçün qlobal həllər bazarının həcmi 140 faiz artacaq. Analitik şirkətin proqnozuna görə, bu bazarda qlobal gəlir həcmi 2,5 milyard dollar təşkil edəcək. "Intel" eyni zamanda bir çox qurğunu enerji ilə yükləməyə imkan verəcək həllər üzərində işləyir. Bu texnologiya kompüter hesablamalarını kökündən dəyişdirəcək. Gələcəkdə ofis, mehmanxana və aviaşirkətlər tamamilə başqa cür işləyəcək.
 
 
 
"Ağıllı" şəhərlər

Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatına əsasən, dünya əhalisinin yarıdan çoxu (təxminən 4 milyard) şəhərlərdə yaşayır. Yaxın 35 ildə onların payı 66 faizədək artacaq. Belə yüksək artım tempi "ağıllı" şəhər istiqamətində problem yaradır.

"Əşyaların interneti" müxtəlif çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcək. Məsələn, su itkisinə nəzarət alətləri şəhər sakinlərinə suyun hərəkət yollarını planlaşdırmağa, havanın keyfiyyətini yaxşılaşdırmağa və sairə imkan verir.

"Ağıllı" şəhərlər texniki nöqteyi-nəzərdən "Əşyaların interneti" konsepsiyasını dəstəkləyən müxtəlif qurğulardan (məsələn, ötürücülərlə təchiz edilmiş küçə fənərləri) ibarətdirlər. "Ağıllı" şəhərlərin yaradılması üçün lazımi texnologiyalar artıq mövcuddur.

Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024