12px13px15px17px
Tarix:23/02/15

NATO-nun Sənaye Resursları və Rabitə Xidmətləri Qrupunun rabitə istiqaməti üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək

Cari ilin 24-25 fevral tarixlərində Belçikanın paytaxtı Brüsseldə NATO-nun Sənaye Resursları və Rabitə Xidmətləri Qrupunun rabitə istiqaməti üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında təşkil olunacaq  tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyəti şöbəsinin baş  məsləhətçisi Etibar Umudov iştirak edəcək.
 
Bu barədə məlumat verən E.Umudov bildirib ki, İşçi Qrupun iclasında bir sıra məsələlər istiqamətində çıxışlar ediləcək, müzakirələr aparılacaq.
 
“İclasda informasiya-kommunikasiya texnologiyaları, rabitə vasitələri və bu istiqamətdə əldə olunan yeniliklər, gözləntilər, inkişaf etdirilməsi vacib olan sahələr və sair mövzular ətrafında müzakirələr aparılacaq”.
 
 
SEYMUR



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024