12px13px15px17px
Tarix:24/02/15

“Google” yeni “YouTube Kids” mobil xidmətini istifadəyə verib

“Google” şirkəti yeni “YouTube” mobil proqramını istifadəyə verib. “iOS” və “Android” platforması ilə işləyən qurğuların istifadəçiləri proqramı yükləyə bilərlər.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “YouTube Kids” mobil proqramı valideynlərin uşaqlar tərəfindən yüklənilən videoməzmuna nəzarətinə imkan verir.
 
Proqram ilk öncə yalnız ABŞ-ın “App Store” internet mağazasında əlçatan olacaq. Valideyn nəzarəti paneli uşaqların videoya baxış vaxtına nəzarət etməyə, həmçinin axtarış funksiyasını deaktiv etməyə imkan verir. “YouTube Kids” 4 kateqoriya üzrə kanal və siyahılara malikdir: şou, musiqi, təhsil və kəşflər.
 
“YouTube Kids” mobil proqramında vaxtölçən funksiyası uşaqların ekran arxasında keçirdiyi vaxta nəzarət etməyə imkan verir. Klaviaturada mətni yığa bilməyənlər üçün səsli axtarış funksiyası əlçatandır.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024