12px13px15px17px
Tarix:24/02/15

Yaponiyada bədənin hərarətini ölçən qola sarğı şəklində taxılan sensor ixtira edilib

Tokio Universitetinin mütəxəssisləri qola elastik sarğı şəklində taxılan xüsusi qurğu hazırlayıblar.

"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, uzunluğu 18 sm və eni 30 sm olan sarğı şəklində qurğu orqanik elementlər əsasında işləyir, günəş panelləri şəklində avtonom enerjidoldurma sistemi, həmçinin səsli bildiriş qurğusu ilə təchiz edilib və orqanizmin həyati əhəmiyyətli siqnallarını (nəbzin tezliyini və bədənin hərarətini) izləyə bilir.

Sərt komponentlər əsasında hazırlanan adi sensorlar bir sıra səbəblərdən həm pasiyentləri, həm də həkimləri razı salmır. Yaponiyalı alimlər texniki xidmət və kənar enerji mənbəyi tələb etməyən ucuz və simsiz cihaz yarada biliblər.

Sarğının yaradıcıları qurğunu fevralın sonunda San-Fransiskoda keçiriləcək “2015 IEEE International Solid State Circuits Conference” konfransında təqdim etməyi planlaşdırırlar.

Emil Hüseynov



Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024