12px13px15px17px
Tarix:24/02/15

Elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılması ilə bağlı layihə gələn il tamamlanacaq

“Azərbaycanda Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin 2016-cı ilin aprelinə yekunlaşdırılması planlaşdırılır. Gəncə şəhəri və  Şəki rayonunda həyata keçirilən “Azərbaycanda Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.

Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir. Eləcə də ərazidəki daşınmaz əmlakların sənədləri öyrənilir. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) qeyd edilib ki, 255 min hektar ərazini əhatə edən layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb. Layihə Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə, Almaniyanın “GFA/GCİ Consortium” məsləhətçi şirkəti tərəfindən həyata keçirilir:
 
“Daşınmaz əmlaklarla bağlı elektron kadastr bazasının yaradılması indiyədək ortaya çıxan qeyri-dəqiqliklərin aradan qalxmasına şərait yaradacaq. Ölçmə işlərinin yüksək dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq (10-30 santimetr) müəyyən etməyə imkan verir. Layihə vasitəsilə məlumatların dəqiqləşdirilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin də təkmilləşdirilməsinə kömək edəcək. Bu, torpaq və əmlak sahiblərinə əmlaklarından daha səmərəli istifadə etmək imkanını yaradacaq, daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırmasını təmin edəcək.
 
 
Nəhayət, daşınmaz əmlaklarla bağlı məlumatların tamamilə dəqiqləşməsi daşınmaz obyektlər üzrə əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq”.
 
Belə ki, indiyədək mövcud olan qeyri-dəqiq məlumatlar çoxsaylı torpaq mübahisələrinin yaranmasına səbəb olur, torpaqların qeydiyyatında problem yaradır, eləcə də, onların səmərəli istifadəsinə mane olur. Həyata keçirilən “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində aparılan çöl-ölçmə işləri bu kimi problemlərin həllinə şərait yaradacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024