Tarix:24/02/15
Ötən il idarə ümumilikdə 233 patent hüququ verib ki, bunun da 70 faizi (163 min) Çin vətəndaşıdır.
Eyni zamanda ötən ilin sonunda Çində idarə tərəfindən keyfiyyətli və yüksək bazar dəyərinə malik kateqoriyaya aid edilən 663 min patent qüvvədə olub.
2014-cü ildə əqli mülkiyyətin qorunması sahəsində daha çox fəallıq kəşflər üçün 23 min patentin verildiyi Pekində qeydə alınıb. Quandun sənaye əyalətində (22 min) və Tzyansu əyalətində (19,7 min) bir qədər az texnoloji yenilik patentləşdirilib.
Alınan qorunan sənədlərin sayına görə şirkətlər arasında lider 2,4 min patentlə "Huawei” telekommunikasiya avadanlığı istehsalçısı olub. Ondan sonrakı yerdə 2014-cü ildə aktivində 2,2 min patentin olduğu “ZTE” smartfon istehsalçısı qərarlaşıb. Liderlər üçlüyünü 1,9 min patent alan "Sinopec Group” neft-kimya korporasiyası tamamlayır.
“Əqli mülkiyyətin qorunması sahəsində ağırlıq yükü yüksək texnologiyalara tərəf yerini dəyişməkdə davam edir”, - idarənin məlumatında qeyd olunur.
Son vaxtlar Çin əqli mülkiyyətin qorunması sahəsində fəallığını xeyli artırıb. Ölkədə 2020-ci ilədək 10 min vətəndaşın payına düşən patentlərin sayını 3 dəfə artırmaq, eləcə də müvafiq müraciətlərin baxılması müddətini azaltmaq məqsəd kimi qarşıya qoyulub, - “TASS” yazır.
2014-cü ildə Çində patent almaq üçün 928 min müraciət daxil olub
2014-cü ildə Çin ixtiraçıları tərəfindən patent hüququ əldə etmək üçün 928 min müraciət edilib ki, bu da ölkəyə ardıcıl dördüncü il dünyada bu göstərici üzrə birinci yeri tutmağa imkan verib. Bu barədə Çin Dövlət Əqli Mülkiyyət İşləri İdarəsinin məlumatında deyilir.Ötən il idarə ümumilikdə 233 patent hüququ verib ki, bunun da 70 faizi (163 min) Çin vətəndaşıdır.
Eyni zamanda ötən ilin sonunda Çində idarə tərəfindən keyfiyyətli və yüksək bazar dəyərinə malik kateqoriyaya aid edilən 663 min patent qüvvədə olub.
2014-cü ildə əqli mülkiyyətin qorunması sahəsində daha çox fəallıq kəşflər üçün 23 min patentin verildiyi Pekində qeydə alınıb. Quandun sənaye əyalətində (22 min) və Tzyansu əyalətində (19,7 min) bir qədər az texnoloji yenilik patentləşdirilib.
Alınan qorunan sənədlərin sayına görə şirkətlər arasında lider 2,4 min patentlə "Huawei” telekommunikasiya avadanlığı istehsalçısı olub. Ondan sonrakı yerdə 2014-cü ildə aktivində 2,2 min patentin olduğu “ZTE” smartfon istehsalçısı qərarlaşıb. Liderlər üçlüyünü 1,9 min patent alan "Sinopec Group” neft-kimya korporasiyası tamamlayır.
“Əqli mülkiyyətin qorunması sahəsində ağırlıq yükü yüksək texnologiyalara tərəf yerini dəyişməkdə davam edir”, - idarənin məlumatında qeyd olunur.
Son vaxtlar Çin əqli mülkiyyətin qorunması sahəsində fəallığını xeyli artırıb. Ölkədə 2020-ci ilədək 10 min vətəndaşın payına düşən patentlərin sayını 3 dəfə artırmaq, eləcə də müvafiq müraciətlərin baxılması müddətini azaltmaq məqsəd kimi qarşıya qoyulub, - “TASS” yazır.
Baxış sayı: 797
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır