Tarix:25/02/15
İnternet şirkəti eyni zamanda ABŞ-ın 3 ən böyük mobil rabitə operatoru ilə saziş imzalayıb. Nəticədə “AT&T Mobility”, “T-Mobile USA” və “Verizon Wireless” rabitə operatorları tərəfindən satılan “Android” smartfonlarına öncədən “Wallet” ödəmə xidməti quraşdırılacaq.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un bu səyləri öz ödəmə xidmətinin gücləndirilməsinə hesablanıb. Hazırda “Google Wallet” xidməti böyük populyarlığa malik deyil, ancaq ABŞ şirkəti “Softcard” startapının texnologiyaları və əqli mülkiyyəti sayəsində öz xidmətini təkmilləşdirəcək. “Android 4.4 KitKat” və “5.0 Lollipop” əməliyyat sistemləri ilə işləyən smartfonlarda klik üzrə ödəniş funksiyası reallaşdırılacaq.
Məlumat üçün bildirək ki, “Google” korporasiyası 2011-ci ildə “Google Wallet” ödəmə xidmətini istifadəyə verib. Sözügedən xidmət kontaktsız ödəniş funksiyasını dəstəkləyən terminallarda “NFC” texnologiyasına malik smartfonlardan ödəniş etməyə imkan verib. Ancaq mobil operatorların əksəriyyəti əvvəllər “Wallet” ödəmə xidmətini öncədən quraşdırmaqdan imtina ediblər. Bu halda 2014-cü ildə istifadəyə verilmiş “Apple Pay” ödəmə xidməti “NFC” terminallardan istifadəsiz “iPhone 6” və “6 Plus” ilə ödənişi dəstəkləyir.
Emil Hüseynov
“Google” şirkəti “Apple Pay” ilə mübarizə aparmaq üçün startap satın alıb
“Google” şirkəti öz “Google Wallet” xidmətini gücləndirmək üçün mobil ödənişlərlə məşğul olan “Softcard” startapını satın alıb. Bu haqda şirkətin rəsmi bloqunda yazılıb.İnternet şirkəti eyni zamanda ABŞ-ın 3 ən böyük mobil rabitə operatoru ilə saziş imzalayıb. Nəticədə “AT&T Mobility”, “T-Mobile USA” və “Verizon Wireless” rabitə operatorları tərəfindən satılan “Android” smartfonlarına öncədən “Wallet” ödəmə xidməti quraşdırılacaq.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un bu səyləri öz ödəmə xidmətinin gücləndirilməsinə hesablanıb. Hazırda “Google Wallet” xidməti böyük populyarlığa malik deyil, ancaq ABŞ şirkəti “Softcard” startapının texnologiyaları və əqli mülkiyyəti sayəsində öz xidmətini təkmilləşdirəcək. “Android 4.4 KitKat” və “5.0 Lollipop” əməliyyat sistemləri ilə işləyən smartfonlarda klik üzrə ödəniş funksiyası reallaşdırılacaq.
Məlumat üçün bildirək ki, “Google” korporasiyası 2011-ci ildə “Google Wallet” ödəmə xidmətini istifadəyə verib. Sözügedən xidmət kontaktsız ödəniş funksiyasını dəstəkləyən terminallarda “NFC” texnologiyasına malik smartfonlardan ödəniş etməyə imkan verib. Ancaq mobil operatorların əksəriyyəti əvvəllər “Wallet” ödəmə xidmətini öncədən quraşdırmaqdan imtina ediblər. Bu halda 2014-cü ildə istifadəyə verilmiş “Apple Pay” ödəmə xidməti “NFC” terminallardan istifadəsiz “iPhone 6” və “6 Plus” ilə ödənişi dəstəkləyir.
Emil Hüseynov
Baxış sayı: 690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib