12px13px15px17px
Tarix:25/02/15

İKT-nin geniş tətbiqi ilə tibb müəssisələrinin fəaliyyətində səmərəlilik və operativliyin yüksəldilməsi üçün yeni xidmətlər təklif edilir

 İnformasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə tibb müəssisələrinin fəaliyyətində səmərəlilik və operativliyin yüksəldilməsi üçün yeni xidmətlər təklif edilir.

Bu xidmətlərdən biri də “Ultra Technologies” şirkəti tərəfindən təqdim edilən “MedUP” – Tibb Xidməti İdarəetmə Sistemidir. Şirkətdən bildirilib ki, Tibb Xidməti İdarəetmə Sistemi (TXİS) bütün səhiyyə müəssisələri üçün nəzərdə tutulan, pasientlərə tibbi xidmətin avtomatlaşdırılmasını təmin edir. Tibbi proseslərin avtomatlaşdırılması və idarəedilməsi üçün nəzərdə tutulan bu sistem, pasientlərin tibbi kitabçası, ambulator və stasionar müalicələri, dövri tibbi baxışları, tibbi baxışlar haqqında məlumatların daxil edilməsini və onlardan istifadəni həyata keçirir: “Elektron idarəetmə həllərinin müxtəlif istiqamətdə tətbiqini həyata keçirən şirkət bu xidmətləri səhiyyə sahəsində də inkişaf etdirməkdədir.

Funksionallıq və effektivlik baxımından TSİX-in istifadəsi daha rahatdır. Sistemin üstünlüklərinə ümumi tibb xidmətləri üzrə lazım olan bütün hesabatların tez bir zamanda əldə edilməsi, rahat istifadəçi interfeysi, “Oracle” və “Java” texnologiyalari üzərində qurulmuş sürətli sistem, verilənlərin təhlükəsizliyinin təmin olunması, ümumilikdə tibb müəssisələrində elektron tibbi kartlardan istifadə daxildir. Sistem, eyni zamanda istənilən həcmdə və növdə məlumatların daxil edilməsi, ixtiyari sayda istifadəçilərə sistemə daxilolma hüququnun verilməsi, operativ axtarış sistemi, pasientlər haqqında bütün məlumatların elektron formada əldə edilməsi, “Web application” üzərində yazıldığından ixtiyari yerdə və zamanda məlumatların alınması kimi üstünlüklərə malikdir”.

Sistem əsas olaraq pasientin tibbi kitabçasının elektron şəkildə yaradılması və istifadə olunmasını təmin edir. Yaranmış tibbi kitabça vasitəsi ilə pasientin sağlamlıq vəziyyəti haqqında hərtərəfli məlumat almaq mümkündür.

Qeydiyyatdan keçmiş hər bir pasientin tibbi kitabçasına müayinə və müalicə prosesi barəsində məlumatlar daxil edilir və dövri olaraq sistemdə yenilənir. İstənilən vaxt sistemdən tibb müəssisəsi üzrə bütün pasientlərin siyahısını elektron variantda əldə etmək mümkündür. Həmçinin, sistemdə istənilən sayda sistem istifadəçisi yaratmaq imkanı ilə bərabər, istifadəçi müxtəlifliyini nəzərə alaraq xüsusi çoxfunksiyalı istifadəçi paneli nəzərdə tutulub.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Avqust 2019

24/08/19
“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb

“Silence” haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə ki

24/08/19
“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq

“Gartner” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqn

24/08/19
“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb

“Intel” şirkəti “Nervana NNP-I” (digər adı Springhill) prosessorunu təqdim edib.

23 08 2019

23/08/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşları qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları

23/08/19
“iPhone” və “Samsung” smartfonlarında şüalanma səviyyəsi rəsmi normadan yuxarıdır

Son 3 ildə çıxarılmış “Apple” və “Samsung” smartfonları bəzən ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfi

23/08/19
“Android” sisteminin adlandırılması sxemi dəyişdiriləcək

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfi

23/08/19
İnsanı onun siluetinə görə müəyyənləşdirə və hərəkət trayektoriyasını izləyə bilən yeni texnologiya hazırlanıb

Rusiyanın “NtechLab” şirkəti insanı onun siluetinə görə tanıyan və şəhərdə hərəkət trayektoriyasını izləy

23/08/19
Yeni “Samsung” smartfonları təqdim edilib

“Samsung” şirkəti “Galaxy A50s” və “Galaxy A30s” smartfonlarını nümayiş etdirib. Orta qiymət seqmentinə

23/08/19
“Google”un neyroşəbəkəsi kiçik detal üzrə şəklin çəkilməsini tamamlamağı öyrənib

“Google Research”in mütəxəssisləri neyroşəbəkəyə bir kiçik fraqment üzrə şəklin çəkilməsini 

23/08/19
Texnologiyalar insanlara özlərini cavan hiss etməyə kömək edir

“Lenovo” şirkəti tədqiqat apararaq texnologiyaların insanları özlərini daha cavan və sağlam hiss etməyə m

23/08/19
“Apple” yeni smartfonlarını nümayiş etdirəcək

ABŞ-ın “Apple” korporasiyası sentyabrda üç yeni “iPhone” smartfonunu təqdim edəcək. Bu haqda öz mənbələ

23/08/19
Məlumatların mühafizəsi üçün yeni konsorsium yaradılacaq

“Google”, “Intel” və “Microsoft” şirkətləri istifadəçi məlumatlarının mühafizəsi üzrə &ldqu