12px13px15px17px
Tarix:25/02/15

“Gartner”: Mobil telefon bazarında rəqabət güclənəcək

2-5 mart tarixlərində Barselonada keçiriləcək beynəlxalq “Mobile World Congress 2015” sərgisi ərəfəsində “Gartner” analitik şirkətinin tədqiqatlar üzrə direktoru Annet Zimmerman cari il üzrə mobil telefon bazarındakı tendensiyalar haqda öz fikirləri ilə bölüşüb.

Ekspert bildirib ki, istehsalçılar getdikcə rəqib modellərə bənzəməyən smartfon istehsalında çətinliklə üzləşirlər. 2014-cü ildə öz məhsullarını fərqləndirməyə çalışan şirkətlər kameraların təkmilləşdirilməsinə və ekran ölçülərinin böyüdülməsinə diqqət yönəldiblər. İstifadəçilərin "selfi"yə marağını nəzərə alan istehsalçılar aparatlara təsvirin sabitləşməsi üzrə optik sistem, video və fotoşəkillərin redaktəsi üçün müxtəlif alətlər, həmçinin daha güclü optika quraşdırıblar. Annet Zimmerman hesab edir ki, növbəti illərdə “selfi” öz populyarlığını saxlayacaq və istehsalçılar smartfonların video və foto imkanlarını təkmilləşdirməyə davam edəcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti haqda danışan mütəxəssis xəbərdarlıq edib ki, ABŞ korporasiyası “iPhone 6” satışının rekordunu təkrarlamaq üçün yenilik təklif etməlidir. Çin şirkətlərinə gəlincə, onların ucuz məhsulu Latın Amerikası və Afrika kimi inkişaf etməkdə olan bazarlarda yüksək tələbatlı olmağa davam edəcək.

Ümumilikdə mobil telefon bazarında rəqabət yalnız güclənəcək.

Ekspert 2015-ci ilin maraqlı debütantı kimi “Kodak” şirkətini nümunə göstərib. Sonuncu “Bullit Group” ilə əməkdaşlıq çərçivəsində “Android” mobil əməliyyat sistemi ilə işləyən ilk smartfonunu nümayiş etdirib.

Emil Hüseynov
 




Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024