12px13px15px17px
Tarix:25/02/15

Azərbaycan Texniki Universitetində innovasiya mərkəzləri yaradılacaq

Azərbaycan Prezidentinin 26 dekabr 2014-cü il tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) Fəaliyyət Planı təsdiqlənib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Fəaliyyət Planına əsasən, özəl sektorun cəlb edilməsi ilə Azərbaycan Texniki Universitetində innovasiya mərkəzləri yaradılacaq.
 
Sənayenin  müxtəlif sahələri üzrə assosiasiyaların yaradılmasının təşviqi,  AzTU-da kadr hazırlığının bütün istiqamətləri  üzrə (maşınqayırma, metallurgiya, energetika. radiotexnika, rabitə  və s.) sənaye sahələrində işləyən mütəxəssislər üçün treninqlərin təşkili də görüləcək işlər sırasındadır.
 
Bundan əlavə, sənayenin gələcək inkişaf perspektivləri nəzərə alınmaqla, Azərbaycan Texniki Universitetinin maddi-texniki bazası, müasir ixtisaslar üzrə kadr hazırlığı və tədris proqramı təkmilləşdiriləcək.
 
Fəaliyyət Planında həmçinin sənayenin inkişafı ilə bağlı sənaye istehsalat müəssisələri ilə əlaqələrinin genişləndirilməsi, elmi-tətbiqi və təsərrüfat hesablı işlərin aparılması istiqamətində  əməli tədbirlərin  həyata keçirilməsi planlaşdırılır.
 
Bununla yanaşı, texniki fənlər üzrə reytinqli beynəlxalq jurnallarda məqalələr çap olunmasının həvəsləndirilməsi mexanizminə dair təkliflərin hazırlanması və Təhsil Nazirliyinə təqdim olunması nəzərdə tutulur.

CAHANGİR
 
 
 
 



Baxış sayı: 1842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024