Tarix:26/02/15
İTİ-dən bildirilib ki, Elmi şuranın iclasında institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İnstitutun 1 saylı şöbəsinin fəaliyyət planını təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova qeyd edib ki, şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyalarının tədqiqi, böyük verilənlərin analitikası problemlərinin tədqiqi və analizi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri nəzərə çatdıran M.Hacırəhimova bu istiqamətdə “Elmi Problemlər Reyestri” sisteminin konseptual əsaslarının işlənməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdən danışıb. 2 saylı şöbəyə rəhbərlik edən texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin sözlərinə görə, cari il ərzində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və bu sahədə təşkilatlararası koordinasiya və e-dövlət infrastrukturunda kiberhücumların yayılması modellərinin işlənməsi nəzərdə tutulur.
Həmçinin şöbədə bulud hesablama sistemlərinin informasiya təhlükəsizliyi problemləri tədqiq olunacaq, kompüter şəbəkələrinin intellektual monitorinqi sistemi üçün arxitektura və müvafiq metodlar işləniləcək. 2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2015-ci ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğulayıb:
“Cari ildə “AzScienceCERT”-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi və qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılması planlaşdırılır”.
3 saylı şöbənin müdiri Təhmasib Fətəliyevin sözlərinə görə, şöbədə elmmetriyanın və e-elmin formalaşması problemləri istiqamətində “Elmi Problemlər Reyestri” əsasında elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi, e-elmin yaranması tarixi, mövcud vəziyyəti və inkişaf istiqamətlərinin araşdırılması, e-vətəndaş elmin predmetinə aid aktual elmi tədqiqat işlərinin təhlili və reallaşdırılması vasitələrinin işlənməsi, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi və s. mövzular üzrə elmi tədqiqat işlərinın aparılması nəzərdə tutulur. Elmi-innovasiya fəaliyyəti çərçivəsində Prezident yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatlar da davam etdiriləcək.
Texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri, elektron təhsil mühitinin bulud texnologiyası, Big Data problemi və s. ilə bağlı araşdırmaların rəhbərlik etdiyi 10 saylı şöbədə aparılmasının planlaşdırıldığını deyib:
“Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işlərinin aparılması, ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi nəzərdə tutulur. Cari ildə Naxçıvan və Gəncədə doktorant və dissertantlara İnformatika fənni üzrə distant tədrisdə şöbə əməkdaşlarının iştirakı, qrantların alınması üçün layihələrin müsabiqələrə təqdim olunması planlaşdırılır. Hesabat ili ərzində Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Ufa Dövlət Aviasiya Texniki Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə əlaqələr də yaradılacaq”.
Həqiqət İSABALAYEVA
Cari ildə informasiya texnologiyaları sahəsində aparılacaq tədqiqat mövzuları təsdiqlənib
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) struktur bölmələrinin 2015-ci il üçün fəaliyyət planı təsdiq olunub.İTİ-dən bildirilib ki, Elmi şuranın iclasında institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İnstitutun 1 saylı şöbəsinin fəaliyyət planını təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova qeyd edib ki, şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyalarının tədqiqi, böyük verilənlərin analitikası problemlərinin tədqiqi və analizi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri nəzərə çatdıran M.Hacırəhimova bu istiqamətdə “Elmi Problemlər Reyestri” sisteminin konseptual əsaslarının işlənməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlərdən danışıb. 2 saylı şöbəyə rəhbərlik edən texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin sözlərinə görə, cari il ərzində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və bu sahədə təşkilatlararası koordinasiya və e-dövlət infrastrukturunda kiberhücumların yayılması modellərinin işlənməsi nəzərdə tutulur.
Həmçinin şöbədə bulud hesablama sistemlərinin informasiya təhlükəsizliyi problemləri tədqiq olunacaq, kompüter şəbəkələrinin intellektual monitorinqi sistemi üçün arxitektura və müvafiq metodlar işləniləcək. 2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2015-ci ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğulayıb:
“Cari ildə “AzScienceCERT”-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi və qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılması planlaşdırılır”.
3 saylı şöbənin müdiri Təhmasib Fətəliyevin sözlərinə görə, şöbədə elmmetriyanın və e-elmin formalaşması problemləri istiqamətində “Elmi Problemlər Reyestri” əsasında elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi, e-elmin yaranması tarixi, mövcud vəziyyəti və inkişaf istiqamətlərinin araşdırılması, e-vətəndaş elmin predmetinə aid aktual elmi tədqiqat işlərinin təhlili və reallaşdırılması vasitələrinin işlənməsi, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi və s. mövzular üzrə elmi tədqiqat işlərinın aparılması nəzərdə tutulur. Elmi-innovasiya fəaliyyəti çərçivəsində Prezident yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi üzrə tədqiqatlar da davam etdiriləcək.
Texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri, elektron təhsil mühitinin bulud texnologiyası, Big Data problemi və s. ilə bağlı araşdırmaların rəhbərlik etdiyi 10 saylı şöbədə aparılmasının planlaşdırıldığını deyib:
“Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işlərinin aparılması, ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi nəzərdə tutulur. Cari ildə Naxçıvan və Gəncədə doktorant və dissertantlara İnformatika fənni üzrə distant tədrisdə şöbə əməkdaşlarının iştirakı, qrantların alınması üçün layihələrin müsabiqələrə təqdim olunması planlaşdırılır. Hesabat ili ərzində Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Ufa Dövlət Aviasiya Texniki Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə əlaqələr də yaradılacaq”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 846
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır