Tarix:26/02/15
Yeni biznesə məsul Londonda fəaliyyət göstərəcək Metti Brittin olacaq. Onun sözlərinə görə, vahid struktur şirkətə yerli şəraitə və imkanlara daha yaxşı reaksiya verməyə şərait yaradacaq.
Şirkət həmçinin yeni təşəbbüslərlə çıxış etməyi düşünür. Cümə axşamı M.Brittin Brüsseldə “Google”un iki il ərzində bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrətməyi öz öhdəsinə götürməsini bəyan edəcək. Bundan əlavə, şirkət nümayəndələri “Google”un vahid rəqəmli bazarın yaradılması üzrə planları dəstəkləməsini açıqlayacaqlar. Söhbət Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin əsas təklifindən gedir.
M.Brittin sözlərinə görə, dəyişikliklər rəqabət təzyiqinə cavabdır. Şirkət nümayəndəsi əlavə edib ki, bu yaxınlarda o nəşriyyatçılarla söhbət edib. “Çoxları trafikin əsas hissəsini “Google”dan deyil, "Facebook” və ya “Twitter” şəbəkələrindən alır. Biz dinamika və rəqabətin artdığı dünyada yaşayırıq”, - o vurğulayıb, - “Qazeta.ru” yazır.
“Google” iki ilə bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrədəcək
ABŞ-ın “Google” şirkəti iki il ərzində bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrətməyi planlaşdırır. İnternet nəhəngi Avropa biznesinə dəyişiklik edərək qitədə iki bölməni birləşdirəcək.Yeni biznesə məsul Londonda fəaliyyət göstərəcək Metti Brittin olacaq. Onun sözlərinə görə, vahid struktur şirkətə yerli şəraitə və imkanlara daha yaxşı reaksiya verməyə şərait yaradacaq.
Şirkət həmçinin yeni təşəbbüslərlə çıxış etməyi düşünür. Cümə axşamı M.Brittin Brüsseldə “Google”un iki il ərzində bir milyon avropalıya “rəqəmli bacarıqlar” öyrətməyi öz öhdəsinə götürməsini bəyan edəcək. Bundan əlavə, şirkət nümayəndələri “Google”un vahid rəqəmli bazarın yaradılması üzrə planları dəstəkləməsini açıqlayacaqlar. Söhbət Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin əsas təklifindən gedir.
M.Brittin sözlərinə görə, dəyişikliklər rəqabət təzyiqinə cavabdır. Şirkət nümayəndəsi əlavə edib ki, bu yaxınlarda o nəşriyyatçılarla söhbət edib. “Çoxları trafikin əsas hissəsini “Google”dan deyil, "Facebook” və ya “Twitter” şəbəkələrindən alır. Biz dinamika və rəqabətin artdığı dünyada yaşayırıq”, - o vurğulayıb, - “Qazeta.ru” yazır.
Baxış sayı: 893
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır