12px13px15px17px
Tarix:27/02/15

Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



1. “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 4-cü hissəsi ilə yaradılmış Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılsın.


2. Müəyyən edilsin ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.


3. Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

4. Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Cəmiyyət həyata keçirir.


5. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı Cəmiyyətə kömək göstərsin.


6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2015-ci il




Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024