12px13px15px17px
Tarix:27/02/15

“YouTube” “Google”-a gəlir gətirmir?

"The Wall Street Journal" qəzeti "YouTube" videohostinqinin fəaliyyəti haqda maliyyə informasiyası əldə edib. Məlum olub ki, bu videohostinq əvvəlki kimi "Google" şirkətinə gəlir qazandırmır.
 
Nəşr yazır ki, 2014-cü ildə "YouTube" videohostinqi 4 milyard dollar qazanıb, halbuki bir il əvvəl bu göstərici 3 milyard dollar təşkil edib. Bu halda xidmət hələ maya dəyərini çıxarmaq ərəfəsindədir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "YouTube"un gəlir yoxluğu onunla izah olunur ki, bir çox istifadəçilər nadir hallarda videoxidmətin saytına daxil olur və kənar səhifələrdə pleyerlər vasitəsilə çarxları izləyirlər. Bundan başqa, "Facebook" və "Twitter" kimi internet şirkətləri tərəfindən rəqabət var.
 
 "YouTube"un auditoriyası 1 milyard istifadəçini ötür, aylıq 6 milyard saatlıq video izlənilir və dəqiqədə 100 saatlıq videoməzmun yüklənilir.
 
Xatırladaq ki, 10 il bundan əvvəl "PayPal" ödəmə sisteminin 3 köhnə əməkdaşı – Çad Xarli, Stiven Çen və Caved Kərim "YouTube.com" domen adını qeydiyyatdan keçirib.
 
Emil Hüseynov



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024