12px13px15px17px
Tarix:27/02/15

Dünyada smartfon istifadəçilərinin sayı ilk dəfə 2 milyardı ötüb

“Strategy Analytics” analitik şirkətinin məlumatına görə, smartfonlar dünyada ən geniş yayılmış elektron qurğuya çevrilib. Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə dünyada smartfonlardan istifadə edən insanların sayı ilk dəfə iki milyardı ötüb.
 
Mütəxəssislər həmçinin hesablayıblar ki, təkcə ötən il ərzində smartfon sahiblərinin sayı 37 faiz - 2013-cü ildəki 1,5 milyarddan 2,1 milyard nəfərədək artıb. Beləliklə, dünya əhalisinin üçdə bir hissəsi (29 faiz) hazırda bu qurğulardan istifadə edir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu göstərici 22 faizə bərabər olub.
 
Bu il smartfon istifadəçilərinin sayının daha 22 faiz artacağı gözlənilir. Analitiklərin proqnozuna görə, 2015-ci ilin sonunadək 2,5 milyard nəfər və ya Yer kürəsinin 7,2 milyard nəfər təşkil edən əhalisinin 35 faizi smartfon sahibi olacaq.
 
“Smartfonlar hər yerdə sürətlə yayılır. Tədricən bu qurğular insanların gündəlik həyatının mərkəzi elementinə çevrilərək onları evdə, maşında və ofisdə müşayiət edir”, - tədqiqatı şərh edən "Strategy Analytics”in icraçı direktoru Nil Mouston deyib, - "DailyComm” yazır. 



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024