12px13px15px17px
Tarix:27/02/15

“Facebook”: Planetin əhalisinin 40 faizi internetə qoşulub

“Facebook”un “Internet.org” layihəsi çərçivəsində keçirdiyi tədqiqatın məlumatına görə, dünya əhalisinin 40 faizi internetə qoşulub.

Əsasən inkişaf etməkdə olan ölkələrin sakinləri qlobal şəbəkəyə çıxışa malik deyil.
Dünyada internetə qoşulma vəziyyətini əks etdirən tədqiqat nəticəsində, həmçinin məlum olub ki, planetin əhalisinin 37,9 faizi ən azı ildə bir dəfə internetdən istifadə edir. Bu halda dünya əhalisinin 90 faizdən çoxu mobil rabitə şəbəkəsinin əhatə diapazonunda yaşayır.

Bundan başqa, inkişaf etmiş ölkələrin əhalisinin çox hissəsi (78 faizi) internetə qoşulub. İnkişaf etməkdə olan ölkələr bu göstərici 32 faizə bərabərdir.

"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, “Internet.org” layihəsinin analitiklərinin proqnozlarına görə, cari il 3 milyard nəfər internetə çıxışa malik olacaq. Amma dördüncü il ardıcıl internetə qoşulmanın artım tempi zəifləyir. 2014-cü ildə internetə qoşulma göstəricisi 6,6 faiz yüksəlib. 2010-cu ildə bu göstərici 14,7 faiz təşkil edib. Bu artım tempi ilə 2019-cu ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq.

Şirkət internetə çıxış üçün üç əsas maneə müəyyənləşdirib: infrastruktur, əlçatanlıq və münasiblik.
Başqa təşkilatlar, həmçinin internetə çıxışı araşdırıb. Məsələn, Birləşmiş Millətlər Təşkilatı (BMT). BMT-nin hesabatının böyük hissəsi “Facebook”un nəticələrini əks etdirir, həmçinin sözügedən təşkilatın proqnozuna görə, 2014-cü ilin sonunadək Amerika  əhalisinin 6 faizi internetdən istifadə edəcək.

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 2013-cü ilin avqustunda “Internet.org” layihəsini elan edib. “Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən “Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.

2014-cü ilin oktyabrında “Internet.org” layihəsi İndoneziyada işə salınıb.
2015-ci ilin yanvarında “Facebook” “Internet.org” proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.


Emil Hüseynov
 



Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024