12px13px15px17px
Tarix:27/02/15

Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” hesabının oğurlanmasının qarşısını almaq üçün tövsiyələrini təqdim edib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” hesabının oğurlanmasının qarşısını almaq üçün onun mobil telefon nömrəsi ilə əlaqələndirilməsini tövsiyə edir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hesaba kənardan müdaxilə olunduğu zaman tez bir zamanda qarşısını almaq üçün aşağıda qeyd edilən təlimatlara əməl etmək lazımdır:
 
• “Güvənlik ” bölməsindən “Login Approvals”-un sağ tərəfində “düzəliş et” əmrini seçin. 

• “Tanınmayan brauzerlərdən mənim hesabıma daxil olmaq üçün təhlükəsizlik kodu tələb et” əmrini işarələyin və “Dəyişiklikləri yadda saxla” əmrinə klik edin.

• Açılmış yeni pəncərədə “Başla” əmrini seçin.

• “Başqa” sözünü işarələyib davam edin.

• Açılmış yeni pəncərədə tələb olunan bölməyə mobil nömrənizi daxil edin, “Mənə yazı göndərməklə” sözünü işarələyin və “Davam et” əmrinə klik edin.
 
Qeyd: Əgər siz mobil nömrənizi Giriş bildirişləri barədə xəbərdarlıq mesajı qəbul etmək üçün nəzərdə tutulmuş bölmədə qeyd etmisinizsə, o zaman yenidən nömrənizi daxil etməyə ehtiyac qalmayacaq.
 
• Sizin qeyd etdiyiniz mobil nömrəyə təhlükəsizlik kodu göndəriləcək. Həmin təhlükəsizlik kodunu müvafiq bölmədə qeyd edib davam edin. 

• Açılan “Login Approvals Setup Is Complete” bölməsində “No, thanks require a code right now” sözünü işarələyin və “Bağla” sözünə klik edin.
 
Beləliklə, hesaba naməlum bir brauzerdən daxil olunmağa cəhd göstərildikdə sizin şifrinizi ələ keçirsələr belə, mobil nömrənizə göndərilmiş təhlükəsizlik kodunu bilmədən hesabınıza daxil ola bilməyəcəklər.
Bu barədə daha ətraflı məlumatı bu internet ünvanına müraciət etmək olar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024