Tarix:27/02/15
Görüşdə "Rostelekom" ASC, "TransTelecom" QSC və "MTS"ASC-ni təmsil edən nümayəndələr layihənin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.
TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkəsinin çəkilişini nəzərdə tutur.
Layihə çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır.
Həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur.
Tərəflər Rusiyanın layihədə rolu barəsində danışıqların davamının vacibliyini vurğulayıblar. TASİM layihəsi haqqında bəyannamə 11 noyabr 2008-ci il tarixində Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib.
Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub.
Layihə iştirakçıları müntəzəm olaraq görüşlər keçirirlər. Nəticə olaraq, iştirakçılar arasında bir sıra müqavilə və memorandumlar imzalanıb.
TASİM layihəsi Rusiyada müzakirə edilib
Moskva şəhərində 25 fevral, 2015-ci il tarixində Rusiya Federasiyasının Rabitə Nazirliyində "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi müzakirə edilib.Görüşdə "Rostelekom" ASC, "TransTelecom" QSC və "MTS"ASC-ni təmsil edən nümayəndələr layihənin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.
TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkəsinin çəkilişini nəzərdə tutur.
Layihə çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır.
Həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur.
Tərəflər Rusiyanın layihədə rolu barəsində danışıqların davamının vacibliyini vurğulayıblar. TASİM layihəsi haqqında bəyannamə 11 noyabr 2008-ci il tarixində Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib.
Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub.
Layihə iştirakçıları müntəzəm olaraq görüşlər keçirirlər. Nəticə olaraq, iştirakçılar arasında bir sıra müqavilə və memorandumlar imzalanıb.
Baxış sayı: 970
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı