12px13px15px17px
Tarix:27/02/15

Beynəlxalq Telekommunikasiya İttifaqı 30 Afrika ölkəsinə rəqəmli televiziya yayımına keçidi təxirə salmağa icazə verib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qərarına uyğun olaraq otuz Afrika ölkəsinə rəqəmli televiziya yayımı standartına keçid üçün 2015-ci ilin iyununa müəyyən olunmuş vaxtı təxirə salmağa icazə verilib.
 
Qərar həmçinin Afrikanın Əlcəzair, Mərakeş, Tunis, Həbəşistan və Sudan kimi ölkələrinə şamil olunub.  
 
Qeyd edək ki, dünyada informasiya texnologiyalarının (İT) sürətli inkişafı və əhalinin daha geniş məlumatlar əldə etməyə olan ehtiyacları televiziya yayım şəbəkəsinin yeni təşəkkül tapmaqda olan standartlara uyğun yenidən qurulmasını zəruri edib.
 
Ötən əsrin 80-ci illərindən başlayaraq bütün inkişaf etmiş ölkələrdə aparılmış elmi araşdırmaların nəticələri və analoq televiziya yayımında meydana gələn bir sıra problemlər rəqəmli televiziya yayımına keçid ideyasını labüd edib və əsrin sonlarına yaxın bu sistemin tətbiqi istiqamətində işlər sürətləndirilib.
 
BTİ tərəfindən sahə üzrə aparılan tədqiqatların nəticəsi olaraq 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilən Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək prosesin başa çatdırılması barədə razılıq əldə olunub, - "Mediasat” yazır.



Baxış sayı: 1152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024