12px13px15px17px
Tarix:27/02/15

Fabletlər "ağıllı" qurğular bazarında ən çox satılan məhsul olacaq

“TECHnalysis Research” analitik şirkətinin proqnozuna əsasən, böyükölçülü smartfonlar və ya fabletlər bir neçə il sonra internetə çıxışa malik qlobal “ağıllı” qurğular (fərdi kompüter, planşet və smartfonlar) bazarında ən çox satılan məhsul kateqoriyası olacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin gözləntilərinə görə, artıq 2019-cu ilədək 5 düymdən çox ekran ölçüsünə malik smartfonların tədarük həcmi 1 milyardı ötəcək.

"Fabletlər yalnız smartfon bazarının artımını stimullaşdırmır, həmçinin fərdi kompüter (FK) və planşet bazarlarındakı vəziyyətə təsir edir –“TECHnalysis” şirkətinin qurucusu və əsas analitiki Bob O'Donnell deyib.
Lakin fabletlərin populyarlığına baxmayaraq, mütəxəssis hesab edir ki, 2018-ci ilədək smartfonlar və internetə çıxışa malik qurğular bazarı ümumilikdə ən yüksək həddinə çatacaq: gözləntilərə görə, 2018-ci ilədək smartfonların tədarükü 1,8 milyarda, şəbəkəyə qoşulma imkanına malik bütün növ “ağıllı” cihazların tədarükü 2,4 milyarda çatacaq. Bundan başqa, artıq 2015-ci ildə belə qurğuların satışından maksimum gəlir əldə ediləcək.

Tədqiqata əsasən, FK seqmentində vəziyyət yeni “Windows 10” əməliyyat sisteminin çıxarılması sayəsində yaxın gələcəkdə sabit olacaq. Belə ki, 2018-ci ilədək masaüstü kompüter və noutbukların tədarükü 300 milyondan çox olacaq.

Emil Hüseynov
 

 



Baxış sayı: 310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2019

19 10 2019

19/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologi

19/10/19
Saxta xəbərlər yazan neyroşəbəkə yaradılıb

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər ya

19/10/19
Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə “ağıllı

19/10/19
“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan “Interbrand” beynəlxalq konsaltinq şirkəti dünyanın ə