12px13px15px17px
Tarix:27/02/15

2014-cü ildə internetdə ən çox müzakirə edilmiş brend hansıdır?

“Infegy” analitik şirkətinin hesabatına əsasən, 2014-cü ildə “Google” yenidən internetdə ən müzakirə edilən brend seçilib, hərçənd 2013-cü illə müqayisədə sözügedən brendin populyarlığı 30 faiz azalıb.

"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, analitik şirkət “Facebook” və “Twitter” kimi böyük sosial şəbəkələri, həmçinin bloq, forum, xəbər və icmal saytlarını skan edərək şəbəkədə 800-dən çox brend haqda müzakirələri təhlil edib.

“Google” haqda müzakirələrin 69 faizi müsbət, 26 faizi mənfi, 5 faizi qarışıq olub. İnternet nəhəngi haqda müzakirələrin çox hissəsi qurğu (“Nexus” kimi) və mobil tətbiqlərə aid olub.

“Facebook” və “Apple” şirkətləri müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. “Microsoft” yeddinci olub.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024