12px13px15px17px
Tarix:28/02/15

Britaniyada internetdə ödənişlər üçün mobil telefonlardan istifadə artıb

Britaniyada internetdə ödənişlər üçün mobil telefonlardan istifadə artıb. 2015-ci ildə britaniyalıların mobil telefonlar vasitəsilə daha çox alış-veriş edəcəkləri gözlənilir.

Belə ki, smartfon və ya planşetlə həyata keçirilən alış-verişin payı internet satışlarının ümumi sayı ilə müqayisədə 28,6 faizə bərabər olacaq. Bu barədə “RetailMeNot” şirkəti tərəfindən aparılan tədqiqatda deyilir.
 
Hazırda Böyük Britaniya Avropanın ən böyük mobil ticarət bazarı olaraq qalır. 2015-ci ildə mobil qurğular vasitəsilə satış həcminin 14,95 milyard funt-sterlinq və ya hər yarım saatda 1 milyon funt-sterlinq, hər saniyədə isə 474 funt-sterlinq təşkil edəcəyi proqnozlaşdırılır.
 
Avropada bütün mobil satışların 39,4 faizi Britaniyanın payına düşür. Bununla belə, ölkə mobil ticarət həcminin bu il 57,7 milyard funt-sterlinqə çatacağı ABŞ-dan geri qalır.  
 
Britaniyada mobil kommersiya bazarının həcmi Avropanın ən böyük bazarları hesab edilən Almaniyadan (12,4 milyard funt-sterlinq) 21 faiz, Fransadan (5,9 milyard funt-sterlinq) 152,5 faiz böyükdür. Bundan əlavə, britaniyalılar mobil telefondan ödənişləri polşalılara nisbətdə 25 dəfə daha çox edirlər.
 
2015-ci ildə Avropada smartfonlar vasitəsilə həyata keçirilən alış-verişin daha çox olacağı, satış həcminin 88,8 faiz artacağı gözlənilir.
 
“Tədqiqatımız göstərir ki, mobil telefon onlayn ticarətin vacib ayrılmaz hissəsidir”, - tədqiqatda qeyd olunur, - "Payspacemagazine” yazır.
 



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024