12px13px15px17px
Tarix:28/02/15

“Ericsson” şirkəti “iPhone” və “iPad” satışlarının qadağan olunmasını tələb edib

Dünyanın nəhəng telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson” şirkəti ABŞ məhkəməsində “Apple” şirkətinə qarşı yeddi yeni iddia qaldırıb, həmçinin ABŞ Beynəlxalq Ticarət Komissiyasına (ITC) müraciət edərək ondan “Apple” məhsullarının ABŞ bazarında satışının qadağan olunmasını tələb edib.
 
Ümumilikdə İsveç şirkəti ABŞ istehsalçısını mobil qurğularda ona məxsus simsiz rabitə üzrə əsas texnologiyalara, eləcə də informasiyanın mobil qurğunun ekranında göstərilməsi, enerji sərfiyyatının azaldılması və mobil əməliyyat sisteminin iş prinsipi üsullarına aid 41 patentin pozulmasında təqsirli bilir.  
 
Mübahisə predmeti olan simsiz rabitə texnologiyaları "2G” və “4G” (LTE) şəbəkələri ilə əlaqədardır. Bu halda yalnız bir patent hüququ "Standard-Essential Patent” (SEP) tipinə aiddir. Belə patentlər istifadəsi texniki standartlara əməl etmək üçün lazım olan texnologiyaları əhatə edir.
 
“Ericsson” iddianı “Apple”ın qeyd olunan texnologiyaların lisenziyalaşdırılması üçün 2015-ci ilin yanvarın sonunda başa çatmış sazişin müddətini uzatmaqdan imtina etdikdən sonra qaldırıb.    
 
“Ericsson” nümayəndələri "iPhone” və “iPad” istehsalçısı tərəfindən patentlər üçün ödənilən məbləğ barədə məlumat verməsələr də, sazişin uzadılması ilə bağlı danışıqların iki il davam etməsini qeyd ediblər, - "CNews” yazır.    
 



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024