12px13px15px17px
Tarix:08/06/11

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları bəlli olub

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi əsasında müsabiqənin nominantları seçilib. Təşkilat Komitəsindən verilən xəbərə görə, burada iştirak edən 601 layihədən cəmi 98 layihə müsabiqənin nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar.
Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə 30, İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə 22, İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyası üzrə 32, Müəllimlərin bloqları və Təhsildə İnternet resurslar nominasiyaları üzrə hər birində 7 nominant yeri müəyyən olunub.
“Elektron Təhsil” Müsabiqəsinin qalibləri səsvermənin sonuncu-3-cü mərhələsində müəyyən olunacaq. Bu mərhələ iyunun 15-dək yekunlaşacaq. Münsiflər Heyəti bu mərhələdə hər bir nominasiya üzrə nominant resurslar arasından mövcud Kriteriyalar və qiymətləndirmə prinsipləri əsasında qalibləri seçəcəklər. Bu müddət ərzində qeydiyyatdan keçən iştirakçılar nominant elan olunan resurslar haqqında öz rəy və şərhlərini yaza bilərlər. Qaliblərin mükafatlandırılmasından ibarət olan yekun təqdimat mərasiminin iyun ayının 20-dək keçirilməsi nəzərdə tutulub.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən“Elektron Təhsil” Müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.





Baxış sayı: 1816

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024